sviter

Sevgilinizin sviteri sizi mövsümün ən dəbli qızına çevirəcək

Baxış sayı: 368

Kişi qarderobunun elementlərini qadın qarderobuna köçürməklə artıq heç kimi təəccübləndirmək mümkün deyil. Pambıq “ofis” köynəkləri, geniş çiyinli pencəklər, həcmli gödəkçələr çoxdan şkaflarımızda ipək bluzkaların və korsetlərin yanında öz yerini alıb. Hətta kobud kişi çəkmələri iti burunlu stiletto və çəkmələrdə dəb gündəmindən çıxara bilib. Bu qış dizaynerlər bizi sevgilimizin qarderobundan daha bir şey götürməyə dəvət edirlər – həcmli isti sviterlər.

Əvvəllər qadın və kişi geyimlərində müəyyən elementlər, naxış və bəzəklər onları fərqləndirməyə imkan verirdi. Son illərdə isə bu fərqlər demək olar ki, tamamilə aradan qaldırılıb. Odur ki, siz rahatlıqla sevgilinizin sviterlərini əyninizə geyinə bilərsiniz.

“Sevgili sviter”inin bir çox variantı var. İstənilən üslubu seçə bilərsiniz. Əsas odur ki, sviter çox böyük və qalın olsun. Əgər sevgilinizin qarderobunda belə bir sviter tapa bilməsəniz və ya ümumiyyətlə, sevgiliniz yoxdursa, kişilər bölməsindən mükəmməl modeli axtarmaqdan çəkinməyin.

Qarderobunuza “sevgili sviter”ini daxil etmək çətin olmayacaq.

Birincisi, tamamilə ciddi obraz yarada bilərsiniz. Həcmli sviteri geniş cins şalvar və rahat kobud çəkmələr və ya idman ayaqqabısı ilə birləşdirin. Bəli, görünüş zərif olmayacaq, lakin istənilən fəaliyyət üçün rahat və ideal olacaq.

İkincisi, “sevgili sviter”ini zərif qadın geyimləri ilə uyğunlaşdırın. Onu ipək sarafanın üzərinə geyinə, rəsmi qələm yubka və ya mini modellər ilə birləşdirə və ya daha uzun versiyalarını sadəcə kolqotka ilə geyinə bilərsiniz. Nəticə möhtəşəm, eyni zamanda olduqca çox yönlü və balanslı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir