qas

Təbii üsulla qalın qaşlara necə sahib olunur? – 6 QIZIL QAYDA

Baxış sayı: 800

Son zamanlar qalın qaşlar dəbdədir. Estetik müdaxilə ilə yanaşı, həm də təbii üsullar qaşları qalınlaşdırmaq mümkündür.

Beləliklə, ev şəraitində təbii üsullarla qaşları qalınlaşmasını təqdim edirik:

 

Ekzotik yağ qarışımı

Hind, avakado və kakos yağlarını qarışdırıb həm qaşları, həm də kiprikləri qalınlaşdırmaq mümkündür.

 

Vitamin tərkibli gel

1 çay qaşığı aloe geli, 2 çay qaşığı kakos yağı və 2 kapsul E vitamini ilə qaşları hamar, parlaq və güclü etmək olar.

 

Limon suyu

Qaş və saçların uzanması üçün limon suyu vacib vitamin və antioksidan mənbəyidir. Həmçinin, limon suyu qaşlara nəzərə çarpacaq dərəcədə parlaqlıq qazandırır.

 

Süd maskası

Tam yağlı süddə isladılmış pambığı qaşlara sürtməklə, tükü qırılmalardan qorumaq mümkündür. Südün qurumasını gözlədikdən sonra ilıq su ilə yuya bilərsiniz.

 

Yumurta sarısı

Yumurta sarısı qaş tüklərini gücləndirir və qalınlaşmasına səbəb olur. 20 dəqiqə gözlədikdən sonra qaşlarınızı yuya bilərsiniz.

 

Soğan suyu

Kiçik soğanın suyunu qaşlara sürtüb, 5 dəqiqə masaj edin. Daha sonra  soyuq su ilə yumağınız məsləhət görülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir