PLOV

Tərəvəzli plov necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 598

Əgər əksər xanımlar kimi sizi də  “Nə bişirim?” sualı düşündürürsə,  “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikası sizə dadlı, xeyirli və tez hazırlanan tərəvəzli plovun reseptini təqdim edir.

 

5 nəfərlik menyu üçün  

Düyü – 2 st

Kök – 3 ədəd

Bolqar bibəri – 2 ədəd

Noxud (qorox) – 1 balaca  qutu bonduel yaşıl noxudu

Zeytun yağı – 2 qaşıq

Su – 3 st

Zövqə görə duz

 

Hazırlanması 

Düyü isti suda islağa qoyulur. Kök bişirilir və kub formasından çox da böyük olmayan formada doğranılır. Bolqar bibəri yuyulur, tumu təmizlənir və o da kub formasında köklə eyni böyüklükdə doğranılır. Yaşıl noxudun suyu süzülür və ya evdə olan sarı noxuddan da 150 qram bişirib istifadə etmək olar. Zeytun yağını tavada qızdırdıqdan sonra islaqdakı düyü əlavə edilir tavaya və bir az qovrulur. Sonra kök, bibər, noxud əlavə edilir və onlar da bir az düyü ilə qovrulduqdan sonra suyu əlavə edirik, sonda isə zövqə görə duz qatılır. Suyu çəkilənə yaxın istəsəniz zövqə görə 1 qaşıq zəfəranı suda həll edib plova əlavə etmək olar. Tam suyu çəkiləndən və bişdiyinə əmin olduqdan sonra sobandan götürə bilərsiniz (təxminən 40 dəqiqəyə yaxın vaxtda hazır olur).

İstəsəniz plovunuzun yanında toyuğun döş ətindən bol soğanda hazırlanmış qara da servis edə bilərsiniz.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir