mobil telefon

Telefonu tutma tərziniz xarakterinizi ortaya qoyur – 4 XÜSUSİYYƏT

Baxış sayı: 986

Mobil telefonu tutma tərzinizin xarakterinizi ələ verdiyinizi bilirdinizmi? Bəs siz telefonu əlinizdə necə tutursunuz? Tək əllə, iki əllə, yoxsa daha fərqli şəkildə?

 

  • Telefonu tək əllə istifadə edənlər…

Telefonu bir əlinizdə tutub internetə girir və mesajlara cavab verirsinizsə, kənardakılara özündən əmin olan bir xarakter yansıdırsınız. Bu tərz ağıllı davranan və nəticə əldə etmək üçün  sadə yollardan istifadə edən biri olduğunuzu göstərir.

 

  • Bir əl telefonun altında, digər əlin baş barmağı isə ekranda…

Bir əlinizi dəstəkləmək üçün telefonun altında tutub digər əlinizin baş barmağı ilə ekranda iş görürsünüzsə, bu sizin müdrik, ağıllı, ehtiyatlı və məqbul biri olduğunuzu göstərir. Bu formada telefon tutan insanlar hər zaman bir addım sonranı fikirləşərək ehtiyatlı davranırlar. Fikir yürütmək və çətinliklərin öhdəsindən gəlmək bu tərz telefon tutan insanların əsas xüsusiyyətlərindəndir.

 

  • Telefonu iki əllə tutaraq baş barmaqlarla idarə etmək

Telefonun bu şəkildə tutulması şəxsin sürətə meyilli olduğunu göstərir. Məhsuldar, sürətli və dərhal qərar verə bilən insanlar telefonlarını bu tərzdə tutarlar. Lakin telefonu iki əli ilə idarə edənlərin əsas xüsusiyyətlərindən biri də onların müxtəlif vəziyyətlərə asanlıqla uyğunlaşması və sürətli hərəkət etməsidir.

 

  • Telefonu bir əliylə tutub digər əlin baş barmağı ilə idarə etmək…

Telefonu bu formada tutanların dizaynerlik qabiliyyəti inkişaf etmiş şəxslərdir. Həyata dair yeni fikir və layihələr hazırlaya bilən bu insanlar hər kəsi təəccübləndirəcək işlər ortaya qoya bilirlər. Yazıçı, musiqiçi və rəssamlıq telefonu bu formada tutanların əsas maraq dairələrindən biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir