telefon

Telefonunuza gələn SMS-lər tələ ola bilər – Diqqətli olun!

Baxış sayı: 481

Son zamanlar mobil telefon istifadə edən şəxslərin dərdi demək olar ki, eynidir. Kim tərəfindən göndərildiyi məlum olmayan SMS-lər…

Bu SMS-lərin məzmunu fərqlidir. Məsələn, hansısa mağazada, xəstəxanadan və s. Bunlardan daha çox yayılanı isə “mobil operatorların adından” gələn SMS-lərdir. Özünü mobil operatorun çalışanı kimi təqdim edən şəxslər, müxtəlif təkliflərlə dolu mesajları göndərməklə insanları həm narahat edir, həm də aldadırlar. Bu mesajların məzmunu adətən belə olur:

“Hazırda sizin nömrənin narı (və ya digər operator versiyası) satışda var və kampaniyaya düşüb. Əldə etmək istəyirsinizmi?”

Mesajın aşağısında isə müxtəlif təkliflər qeyd olunur:

“Nömrənin içərisində 2 AZN balans hədiyyə, nömrəyə 9 AZN balans yüklədikdə 300 ölkədaxili dəqiqə və ya 1,5 GB əldə edəcəksiniz, kampaniya müddətində nömrəsinin nar (və ya başqa operator) versiyasını alan abunəçilərə, istədiyi eyni qiymətə olan digər nömrə hədiyyədir”.

Bu mesajlar eyni istifadəçiyə gün ərzində bir neçə dəfə və müxtəlif nömrələrdən göndərilir. Hətta bu mesajlar gəldikdən bir müddət sonra həmin nömrələrdən müxtəlif məzmunlarda mesajlar gəlməyə başlayır və istifadəçilər narahat edilir.

Naməlum şəxslərdən göndərilən bu tip mesajlardan birində, Nar Mobile abunəçisi olan vətəndaşa əvvəlcə yuxarıda qeyd etdiyimiz kimi nömrə təklif edilib və bir müddət sonra eyni nömrədən yenidən mesaj gəlib. Amma bu dəfə tamamilə fərqli mözvuda. Belə ki, əvvəlcə özünü mobil operatorun işçisi kimi tanıdan xanım, “maddi yardım” istəməyə başlayıb. Abunəçi isə buna etirazını bildirib.

Qeyd edək ki, bu tip mesajları göndərənlər fərdi satıcılardır və təsadüfi nömrə yığma proqramları ilə göndərirlər. Bu səbəbdən də bu cür mesajlar gəldiyi zaman daha diqqətli olmaq tövsiyyə olunur.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir