toy

Toylarımız bahalaşır? – 6000 manatadək cəzası var

Baxış sayı: 1. 006

Azərbaycanda toylar artıq başqa şərtlərlə keçiriləcək. Bununla bağlı, Vergi Məcəlləsinə də dəyişiklər edilib.

Dəyişikliklərə əsasən, şadlıq evi sahibləri və bu kimi digər sahibkarlar qaydalara riayət etmədikdə onları 6000 manatadək cəza gözləyir. Belə ki, vergi uçotunda adı olan işəgötürənlərin tamada, müğənni, çalğıçı, rəqqas, audio – foto və ofisiantlardan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaları tələb olunur. Məlumdur ki, toy və digər şənlik edən şəxslər arzuladıqları təqdirdə öz istədikləri müğənni, tamada, rəqqas, çalğıçı və.s fərdi sahibkarları məclislərinə dəvət edirlər. Bəs görək, yeni qanun fiziki şəxslərə də şamil ediləcəkmi?

Vergi məsələləri üzrə ekspert Rəşad Əliyev mövzu ilə bağlı dəyişikliklərdə nəzərdə tutulan qaydaların fiziki şəxslərə şamil edilmədiyini bildirir:

“Şadlıq saraylarında işləyən əməkdaşlar 2 formada xidmət göstərir: 1-ci həmin yerin işçiləri kimi, 2-ci isə sadələşdirilmiş vergi ödəmək vasitəsilə. Yəni, işçilər 2-ci üsulla bir neçə yerdə işləyə bilər. Bu da təbii ki, qazancın miqdarından asılıdır. Hansısa tamadanı, müğənnini və.s digər sadələşdirilmiş vergi tələb olunan şəxsləri dəvət edən vətəndaş, onların vergi verib-verməməsi barədə məsuliyyət daşıya bilməz. Çünki fiziki şəxsin nəyinə gərək çağırdığı adam vergi verir yoxsa yox. Vətəndaş yalnız dəvət etdiyi şəxsdən qəbz istəyə bilər, onu istəməsə belə məsuliyyətə cəlb olunmur”.

Bundan əlavə, Rəşad Əliyev yeni tələbin restoranlarda qiymət artımına səbəb olub-olmayacağından da danışdı. Ekspert bu tələbin əvvəllər də qüvvədə olduğunu, lakin heç bir qiymət artımına səbəb olmadığını bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir