toy

Toyunuzu ləğv etmək üçün 5 əsaslı səbəb

Baxış sayı: 359

Evlilik hazırlığı edərkən və ya toyunuza bir neçə gün qalmış, əmin olmadığınız və ya sizi çaşdıran şeylər barədə düşünmək lazım gələ bilər.

Beləliklə,  toyunuzu ləğv etməyiniz üçün 5 kiçik əlaməti sadalayırıq…

TOY

Bir çox cütlük toydan sonra bütün ailə işlərinin həll olunacağını düşünsə də, belə bir səhvə yol verməyin. Əgər siz evlənmədən əvvəl partnyorunuzun ailəsi münasibətlərinizdə problemlər yaradırdısa, toyunuzu ləğv etməyi ciddi düşünə bilərsiniz.

Əksər insanlar münasibətlərin ilk on iki ayı ərzində ən yaxşı davranışlarında olurlar. Bundan sonra digər insanın həqiqətən necə olduğunu görürsən. Bu səbəblə münasibətiniz qısamüddətlidirsə və evlənməyə qərar verdinizsə, yenidən düşünə bilərsiniz.

Toylarını planlaşdırarkən, bir çox cütlüklər bir həyatı paylaşmağın əsas məsələləri haqqında danışmağı unudurlar. Bununla belə, uşaqların sayını, harada yaşayacağınızı və ya ev işlərini planlaşdırmaq çox vacibdir. Evliliyinizdən əvvəl bu cür əsas məsələlərdə razılığa gələ bilmirsinizsə, birlikdə həyatınızın təfərrüatlarını razılaşdırana qədər toyu təxirə salmalı və ya ləğv etməlisiniz.

toy

 

Cütlüklər toydan əvvəlki mübahisələri toy günü gərginliyi kimi qələmə verirlər. Ancaq həqiqət budur ki, əgər tərəfdaşınızla daim mübahisə edirsinizsə və heç bir şey həll olunmursa, toyunuzu ləğv etmək barədə düşünə bilərsiniz. Çünki konflikt həll etmə bacarığının olmaması evlilik prosesində sizə çətinlik yaradacaq.

Hisslərimiz çox vaxt bizə həqiqəti deyir. Əgər onları sıxışdırıb, problemləri görməzdən gələrək evlənməkdə israr edirsinizsə, dayanıb düşünməkdə fayda var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir