USAQ

Uşağı yeriməyə necə alışdırmalıyıq?

Baxış sayı: 843

Uşaqlar yeriməyə 10-18 aylıqlar arasında başlayarlar. İlk başlarda uşaqlar iməkləmək, hardansa tutaraq ayaq üstə durmaqla yeriməyə ilk addımlarını atarlar. Uşaqlar bir-birindən çox fərqlənir, bəziləri yeriməyi çox gec mənimsəsə də, bəziləri ilk cəhdində bunu bacarırlar.

Uşağın yeriməyə başlaması valideyndəndə asılıdır. Valideyn uşağı buna cəsarətləndirməyi bacarmalıdır. Yoxsa “aman yıxılar bir şey olar” prinsipi ilə yanaşsa uşaq da yeriməyə gec başlayacaq. Bəs uşağın vaxtında yeriməsi üçün valideynlər nələr etməlidir? Uşağı yeriməyə necə alışdırmalıyıq?

 

Uşağı tez-tez ayaq üstə saxlamaq

Uşağın ayaqlarını sənin dizlərinin üstündə duracaq şəkildə saxlamaq və uşağı asta şəkildə atıb tutmaq. Bu uşağın ayaq əzələlərinin inkişaf etməsinə səbəb olacaq. Bunu uşağın tez-tez nədənsə yapışıb ayağa qalxmağa çalışdığı dövrdə etməliyik.

 

Ayaqlarını sallaya biləcəyi uşaq arabası alın

Uşaqlara 6 aylığından başlayaraq ayaqlarını sallaya biləcəyi uşaq arabası alın. Uşağın, ayaqlarını bu cür vəziyyətdə saxlayaraq hərəkət etdirməsi ayaq əzələlərinin inkişafına səbəb olacaq.

 

Ev əşyalarını uşağın rahat yapışıb gəzəcəyi şəkildə dizayn et

Uşaqlar yeriməyə cəhd etdikləri ilk başlarda dəstəyə ehtiyacı var. Bu dəstək bizim sizin ev əşyalarınızdır. Onları uşaqların rahat edəcəyi formada düzmək çox faydalıdır. Bizim yanlarında olmadığımız vaxtlarda onlar nu əşyalardan yapışaraq yeriməyə, ayaq üstə durmaya çalışırlar.

 

Biləklərindən tutaraq yeriməsinə dəstək ol

Uşaq əgər ayağa qalxmaq üçün cabalayırsa onun öz çəkisini qaldıra biləcəyi qədər dəstək verib barmağınızdan tutaraq qalxmasına kömək edin. Sonra arxasına keçərək qolundan yaxud biləyindən çəkisinə ağırlığınızı verməyəcək qədər xəfif tutun və yeriməsinə köməklik edin.

 

Yeriməyə çalışmasını tərifləyin

Uşağı həvəsləndirəcək bir digər şey onun cəhdlərini təriflədiyinizi görməkdir. Bununla da onun motivasiyası artacaq və daha tez-tez yerimək üçün cəhdlər edəcək. Bu cəhdlərin birində artıq onu öz ayaqları üstündə dayanan görəcəksiniz

 

Uşaqların gec yerimə səbəbləri nələrdir?

İməkləməyi sevmələri: İməkləməyi istədikləri şeylərə çatmağın asan yolu olduğunu gördüklərindən yeriməyə başlamaqları gecikir. Ona görədə 6-8 aylığından başlayaraq yavaş-yavaş oyuncaqlarını və s. ayağa qalmağa vadar edəcək hündürlükdə qoymağınız tövsiyyə olunur.

Artıq çəki: Yaşına görə artıq çəki onların qalxmasına maneə olur. Uşaqların yaşlarına görə ideal kiloda olmalarına diqqət etməyiniz həm də bu səbəbdən vacibdir.

Sağlamlıq problemləri: Sümük xəstəlikləri, müxtəlif infeksiyalar və s. səbəblərdən uşağın yeriməməsi müşahidə edilir. Odur ki ilk aylardan etibarən mütəmadi olaraq həkim müayinələrinə getməyiniz və vaxtında tədbir görməyiniz lazımdır.

Valideyn narahatlığı: Bəzi valideynlər uşaqlarının ayağa qalxmasından narahatlıq hissi keçirirlər. Onlar uşaqların yıxılmasından qorxurlar. Tövsiyyə olunur ki, bu narahatlığınızı kənara qoyasınız və uşağınıza dəstək olasınız. Onu qucağa almaq, iməkləməyə vadar etmək düzgün yanaşma deyil. Narahatlığınıza həll yolu kimi döşəməyə yumşaq şeylər açıb uşağın ayaq üstə durarkən yıxılmasının qarşısını bu cür ala bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir