korpe

Uşağın köpü varsa…

Baxış sayı: 6. 275

Körpələrdə qaz sancısı valideynlərin qorxulu yuxusudur sanki. Körpələrdə qaz gəyirmək, qarın şişliyi və ağlama ilə özünü göstərə bilir. Çox zaman önəmli bir xəstəlik əlaməti deyildir. Gündə 14-23 dəfə qaz çıxarmaq körpələr üçün normaldır.

Qaz nədən yaranır?

Çox halda udulan havadan, ya da yeyilən qidanın yetərincə parçalanıb həzm edilməməsindən dolayı yaranır. Uşaqlar ağladıqları zaman daha çox hava udar və nəticədə daha çox qaz yaranar.

Meyvə və meyvə sularının tərkibində “sorbitol” deyilən şəkər alkolu var. Körpə bunları yetərincə həzm edə billmədiyi üçün qaz yarana bilər. Lobya, mərci kimi taxıllar, kələm, brokoli kimi tərəvəzlər, digər həzmi çətin qidalar qaz yaradır.

Qaz olmaması üçün nələr edilə bilər?

İlk öncə körpəni uzadaraq deyil, dik vəziyyətdə bəsləyin. Ana körpəni əmizdirirsə, ya əmziklə yemək verirsə, körpənin başını mədəsindən daha yuxarıda tutmalıdır. Beləcə süd mədənin alt qisminə yerləşəcək, hava daha yuxarıda qalacaq, gəyirməklə boşalması daha asan olacaq. Uşağın çox qazı varsa, istifadə etdiyiniz yemək şüşəsinin başını dəyişdirmək faydalı ola bilər. Daha az axıdan başlıq qoyun.

Qaz sancısını yox etmək üçün məsləhətlər:

Körpəni gəyirtmək qazını çıxartmaqda çox faydalıdır.

– Onu dik vəziyyətdə tutaraq yavaşca kürəyinə vurun

– Üzüstü qucağınıza uzadaraq arxasını masaj edə bilərsiz.

– Oturmuş şəkildə qucağınızda tutaraq kürəyinə vura bilərsiz.

– Körpəni qolunuzun üzərinə uzadıb başını əlinizlə tutaraq kürəyinə vura bilərsiz.

– Gəyirmək kömək etmirsə, yeməkdən sonra üzü üstə 5-10 dəqiqə yatızdırın. Süd və havanın ayrılması asan olacaq. Sonra belindən vura bilərsiz.

– Ayaqlarını velosiped sürürmüş kimi hərəkət elətdirərək qaz çıxmasına kömək edə bilərsiz.

– Şüyüd çayı verilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir