Pervin Bagirova

Uşağınızla sağlam ünsiyyətin 4 əsas qaydası

Baxış sayı: 307

İlk günlərindən uşaqlar valideynlərinin reaksiyalarına, hisslərinə çox həssasdılar. Ona görə də uşaqları ilə ünsiyyətin keyfiyyəti həm onların arasında problemlərin yaranması, həm də həlli üçün həlledici əhəmiyyət kəsb edir.

Uşaqları ilə necə ünsiyyət qurmağı və onlarla necə ünsiyyət qurmamağı bilmək valideynlərin öyrənməli olduğu ən vacib şeylərdən biridir. Valideynlərin vəzifəsi övladlarına ev verməkdir, qaydalarla dolu məktəb yox.

Hər bir uşağın özünəməxsus fərdi xüsusiyyətləri var. Onların idrak funksiyaları, zəkaları, duyğuları, düşüncə tərzi və davranışları fərqlidir. Valideynlik əslində uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onunla ünsiyyət qura bilməkdir. Müvafiq zamanda, lazımi yerdə və lazımi şəkildə cavab verməkdə uğur yalnız uşaqla sağlam ünsiyyətlə əldə edilə bilir. Uşaqla sağlam ünsiyyət olmadan onun hisslərini, istəklərini və ehtiyaclarını anlamaq mümkün deyil. Uşaqlarla ünsiyyət sadəcə şifahi deyil, emosional tərəfi də var.

Valideyn-övlad münasibətlərində duyğuların olmaması arzuolunmaz psixoloji problemlərin və şəxsiyyət xüsusiyyətlərinin inkişafına səbəb ola bilər.

Uşaqlarınızla ünsiyyət qurmağda əsasən diqqət olunası nüanslar:

valideyn

1) Dinləməyi öyrənmək

Hər bir valideyn övladını dinləməkdən, ona söz verməkdən danışır, amma praktikada bunun nə dərəcədə doğru olduğu mübahisəlidir. Uşağa danışmağa imkan vermək üçün əvvəlcə susmağı və dinləməyi öyrənməlisiniz. Davamlı danışan, təkliflər verən, müdaxilə edən, fikirlərini ifadə etmək məcburiyyətində qalan valideynlər çətin ki, övladına danışmağa imkan versinlər. Uşaqlar hər dəfə danışmağa başlayanda, öz fikirlərini ifadə etməyə çalışanda valideynləri onların sözünü kəsirsə, necə danışa bilər? Uşağa özünü ifadə etmək imkanı vermək həm də onun sizi daha yaxşı başa düşə bilməsi deməkdir.

VALIDEYN

2) Mübahisə etməyi öyrənmək

Valideynlər tez-tez mübahisələri uşağın böyüklərə qarşı hörmətsizliyi kimi qəbul edirlər. Xüsusilə yeniyetməlikdən əvvəlki və yeniyetməlik dövründə uşağın mübahisə etmək istəyi, özünü bir fərd kimi təsdiq etmək və fərqli olmaq cəhətlərindən qaynaqlanır və bu anormallıq kimi qəbul edilməməlidir. Biz uşağı sakit olmağa və fikirlərini daha uyğun ifadə etməyə fürsət yaradmalıyıq, bunun bizə onun düşüncələrini və istəklərini daha yaxşı başa düşməsinə imkan yaradacağını izah edə bilərik.

VALİDEYN

3) Tənqidə dözümlülük

Valideynlər heç vaxt övladlarının tənqidinə hazır deyillər. Heç kim tənqidi sevmir və bu, öz övladından gələndə, dözmək olduqca çətin ola bilər. Açıq olmaq və tənqidə hazır olmaq, hər kəsin səhv etdiyini başa düşmək vacibdir və buna görə də valideynlər də səhv edəcəklər.

valideyn

4) Ailədaxili ünsiyyət

Ailə daxilində fərdlərin ünsiyyət üslubları fərqli ola bilər. Hər bir fərdin öz şəxsiyyət xüsusiyyətlərindən irəli gələn öz ünsiyyəti var. Əsas odur ki, ailə üzvləri arasında ünsiyyətdə boşluqlardan qaçın. Ümumi ailə problemlərini sərbəst müzakirə etmək olar və normal danışıq tonunda bölüşmək olarsa, sağlam ailə ünsiyyətindən danışa bilərik.

Uşaqlarla danışanda işlətdiyimiz sözlərə, qurduğumuz cümlələrə, bədən dilimizə, təbii olmağa, onlara iltifat etməyə, müqayisə etməməyə, vaxt ayırmağa, empatiya qurmağa, sevgimizi ifadə etməyə diqqət etsək, o zaman sağlam psixologiyada olan anlayışlı övladlar böyüdə bilərik. Övladlarınıza qarşılıqlı güvənmək duyğusu verin.

 

Psixoloq Pərvin Bağırova




1 şərh “Uşağınızla sağlam ünsiyyətin 4 əsas qaydası

  1. Firəngiz Əsədova

    Bir çox valideynlər uşaqlarının danışmasına fürsət vermir, amma onlara qulaq asmaq və fikirlərini bölüşməyə şərait yaratmaq uşağın həm özünü daha yaxşı hiss etməsinə, həm də bizim onları daha yaxşı başa düşməyimizə kömək edir. Mən də artıq çox daha çox dinləməyə çalışıram.

    Cavabla

Firəngiz Əsədova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir