İnklüzivlik cəmiyyətin bütün fərdlərinə bərabər imkanlar yaratmaq, hər kəsi sosial, iqtisadi, mədəni və ictimai həyata tam cəlb etmək prinsipidir. Bu anlayış insan hüquqlarına hörmət, sosial ədalət və müxtəlifliyin dəyər kimi qəbul edilməsi üzərində qurulub. İnklüzivlik deyildikdə təkcə fiziki əlilliyi olan şəxslərin deyil, cəmiyyətin bütün təbəqələrinin, yaşından, cinsindən, etnik mənsubiyyətindən, dilindən, dini baxışlarından, sosial statusundan asılı olmayaraq hamının imkanlarının təmin edilməsi nəzərdə tutulur. Azərbaycanda da inklüziv cəmiyyət quruculuğu dövlətin və qeyri-hökumət təşkilatlarının prioritet istiqamətlərindən biridir. BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri sırasında inklüzivlik əsas hədəflərdən sayılır. İnklüziv cəmiyyət şəffaflıq, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik prinsiplərinə əsaslanır. Bu modeldə fərdi imkanlar və sosial hüquqlar bərabər şəkildə reallaşdırılır. Hər bir vətəndaş cəmiyyətin inkişafında və qərarların qəbulunda iştirak edə bilir. İnklüzivlik eyni zamanda, sosial təcridin, diskriminasiyanın, ayrı-seçkiliyin qarşısını almağa xidmət edir və fərdlərə özünü dəyərli hiss etməyə şərait yaradır.

İnklüziv təhsil: Fərqlərin qəbul olunması
İnklüzivlik sahəsində təhsil sistemi xüsusi yer tutur. İnklüziv təhsil modeli müxtəlif ehtiyacları olan uşaqların və gənclərin, o cümlədən əlilliyi olanların, etnik və dil azlıqlarının, sosial cəhətdən həssas qrupların eyni sinifdə təhsil almasını nəzərdə tutur. Bu yanaşma, fərqlərin maneə yox, cəmiyyət üçün dəyər olduğunun qəbul edilməsinə əsaslanır.
Azərbaycanda inklüziv təhsilin təşviqi üçün dövlət proqramları həyata keçirilir, məktəblərdə xüsusi avadanlıqlar, dəstək müəllimləri və fərdi tədris planları tətbiq olunur. İnklüziv təhsil təkcə əlilliyi olanlar üçün deyil, bütün uşaqlar üçün sağlam, tolerant, əməkdaşlığa əsaslanan mühit yaradır. Müasir pedaqoji metodikalar və innovativ yanaşmalar fərqliliyin təhsil prosesinə mənfi təsirini aradan qaldırır və hər bir şagirdin potensialının reallaşmasına şərait yaradır. Bu, sosial inteqrasiya və bərabərlik üçün ən effektiv yoldur.

Fərqlilikləri qəbul edərək, hamı üçün ədalətli və keyfiyyətli təhsil təmin edək. Hər bir uşağın öz potensialını tam şəkildə açması üçün birgə çalışaq!
Psixoloq Qərənfil Həsənalıyeva
Goranboy-Naftalan rayonları üzrə PTPK-nin sədri

Ferqlilikleri qebul etmek ve inkluzivliyi desteklemek butun cemiyyet ucun faydalidir. Yazi bunu cox gozəl izah edir.
Sosial heqiqet ve hemreylik prinsiplari butun cemiyyet ucun eyni derecede onemlidir.
Mencə bu cür proqramlar haminin beraber imkanlara sahib olmasi ucun vacibdir.
Mencə inkluzivlik sadece tehsilde yox, her sahede olmalidir
inkluzivlik sadece sozde yox, emelde gorunmelidir. Ferqli fikirler, etnik ve sosial qruplar birlikde daha guclu olar.