Uşaq başından zədə alarsa, nə etməli? – TÖVSİYƏ

Baxış sayı: 1. 510

Uşaqlarda əsasən ilk 2 yaşda hündür yerdən yıxılma, başının sərt şəkildə harasa dəyməsi, yeriyərkən, iməkləyərkən başından zədə alma halları daha sıx rastlanır. Körpənin də başından zədə alması hər ailəni narahat edən bir haldır.

Uşaq başından zədə alsa, ilk olaraq nə etməliyik? “Gencaile.az” Aile.lent.az-a istinadən bununla bağlı valideynlərə tövsiyələr təqdim edir.

İlk olaraq ümumi vəziyyət dəyərləndirilməlidir.

– Uşağın nəfəs alıb-verməsində çətinlik görülürsə,

– Baş hissəsində çökmüş hissə varsa,

– Göz bəbəkləri simmetrik deyilsə,

– Uşağın əl və ayaqlarında qıcolma yaşanırsa,

– Təkrarlanan qusma varsa,

– Qulaq, ya burundan maye gəlirsə,

– Qol, ya ayaqlarda gücsüzlük, hissizlik yaşanarsa,

– Yeriyən uşaq yeriyə bilmirsə,

– Huşunu itiribsə,

– Yatmaq vaxtı deyil, ancaq yatırsa, ya da yatan halda oyanmırsa,

– Qanayan və dayanmayan kəsik varsa, dərhal həkimə aparılmalıdır.

Uşqların başından zədələnmə hallarının 95%-də həkimə aparmaq mütləq olmur. Ancaq evdə də ilkin yardım olaraq kəsik varsa, parçanı üstündən basın və spirtlə təmizləyin. Şiş varsa, buz qoyun. Yatızdırın, ancaq iki saatdan bir yoxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir