Uşaqlar hansı hallarda I sinfə qəbul olunmayacaq?

Baxış sayı: 1. 573
Bu il uşaqların hansı hallarda məktəbə qəbul olunmayacağı açıqlanıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkarlandıqda və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaqlar məktəbə qəbul olunmaya bilər. 6 yaşı tamam olmayan bəzi uşaqlar I sinfə müsabiqədənkənar qəbul ediləcək. Belə ki, qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər I sinfə müsabiqədənkənar qəbul edilə bilər.6 yaşı tamam olacaq uşaqlar təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə əmrinə əsasən, hər il 16 sentyabr-31 dekabr tarixlərində anadan olanlar müsahibəyə cəlb edilirlər. Həmin əmrə əsasən, müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir. 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 6 yaşı tamam olmayan uşaqların müsahibəsi başa çatdıqdan sonra müraciət edə bilər.

Yaşı 8-dən yuxarı olan uşağın da I sinfə qəbulu mümkündür. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinfə qəbul edilirlər. Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Yeri gəlmişkən, I sinfə şagird qəbulu ilə bağlı alternativ sənəd qəbulu komissiyaları təşkil olunub. Alternativ sənəd qəbulu komissiyaları Nəsimi rayonu – 16 THL, Səbail rayonu – 7, Nizami rayonu – 238, Yasamal rayonu – 18, Nərimanov rayonu – 47, Xətai rayonu – 194, Sabunçu rayonu – 96, Suraxanı rayonu – 114, Qaradağ rayonu – 139, Xəzər rayonu – 26, Pirallahı rayonu – 235, Binəqədi rayonu – 276 nömrəli məktəblərdə aparılacaq.

Diplomatik pasportla qeydiyyat ancaq BŞTİ tərəfindən aparılır. Xarici ölkə vətəndaşının qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında aparılır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir