Nezrin Hesimzade

Uşaqlara və yeniyetmələrə zəlzələni necə izah etməli? – “QƏBUL OTAĞI”

Baxış sayı: 605

Türkiyədə baş verən məlum zəlzələ hadisəsi nəyinki insanlara maddi , fizioloji cəhətdən, eləcə də psixoloji cəhətdən böyük zərbə vurdu. Bu hadisənin təsiri uşaq və yeniyetmələrdən də yan keçmədi.

Uşaqlara zəlzələ,elmi izah edilməlidir.Yer hərəkətləri, səbəb-nəticə şəklində qırılma xətləri və.s. Dini bir hərəkət kimi təsvir etmək; Bu, uşaqları inamdan uzaqlaşdıra bilər və qurbanları günahkarlara çevirə bilər.

Qeyri-müəyyənliklər uşaqlarda qorxu ilə yanaşı narahatlığın da artmasına səbəb olur. Narahat uşaqlar özlərini təhlükəsiz hiss etmirlər. Ona görə də uşaqların şüurunda “Niyə?” formalaşır. Valideynlərin suallarına yaşa uyğun cavab vermələri vacibdir. Uşağınız məktəbəqədər, birinci və ikinci sinif səviyyəsindədirsə, hələ konkret dövrdə olduğu üçün, belə bir misal gətirə bilərsiniz. Misal üçün; Əlinizə bir yumurta götürün və qırmızı qələmlə yumurtanın qabığını çəkin, çəkdiyiniz hissələri sındırın, sonra yaşadığımız yerin altında təbəqələr var, bu təbəqələr hərəkət edir. Belə olanda yaşadığımız binalar da silkələnir. Bu sarsıntı zəlzələ adlanır. Bu səbəbdən evlərimizi zəlzələyə davamlı hala gətirməyə çalışacağıq dedikdən sonra ona sizin və uşağınızın təhlükəsiz olduğunu və zəlzələlərə qarşı tədbir aldığınızı mütləq bildirin. 10-11 yaşlı yeniyetmələrə isə bu metodlar o qədər də keçərli olmur , çünki artıq onlar zəlzələ haqqında müəyyən qədər məlumata sahibdirlər. Onların heyacanını azaltmaq üçün onlara, vəziyyətdən çıxmaq üçün müəyyən məlumat verməli, bunu edərkən səs tonunuza və hərəkətlərinizə diqqət etməliyisiniz.Həyacan və təşvişinizi darə etməyi bacarmalısınız.

Çünki uşaqlar və yeniyetmələr özlərini təhlükəsiz hiss etmək istəyirlər. Özlərini güvəndə hiss etmədikləri zaman narahatlıqları artır və narahatlıqla birlikdə qorxu, yuxu problemi, iştahsızlıq, ağlama kimi problemlər özünü göstərməyə başlayır.

Unutmamalıyıq ki, uşaqlar və yeniyetmələr öz davranışlarını valideynlərini modelləşdirməklə formalaşdırırlar!

zelzele

Valideynlər ilk növbədə öz emosiyalarını idarə etməyi bacarmalıdırlar.

  • Öz qorxularınızı və kədərlərinizi övladınızla bölüşün. Beləliklə, qorxu, narahatlıq və kədərin normal hisslər olduğunu başa düşürlər.
  • Uşağınızı həvəsləndirmək üçün onun duyğularını boğmasına səbəb olacaq rəftarlardan uzaq olmaq lazımdır. “Qorxulacaq bir şey yoxdur, qorxma” demək əvəzinə qorxulardan danışmaq, onlardan rəsm çəkməyi xahiş etmək, oyun oynamaq uşağın özünü ifadə etməsinə kömək edəcək.
  • Övladlarınıza tədbirimizi gördüyümüz zaman zəlzələnin zərərindən qoruna biləcəyimizi və təhlükəsiz olduğumuzu ifadə etməlisiniz. Uşaqları çaşdıracaq və onların narahatlığını artıracaq məlumat verməkdən çəkinməlisiniz.
  • Uşağınızı həvəsləndirmək üçün onun duyğularını boğmasına səbəb olacaq rəftarlardan uzaq olmaq lazımdır. “Qorxulacaq bir şey yoxdur, qorxma” demək əvəzinə qorxulardan danışmaq, onlardan rəsm çəkməyi xahiş etmək, oyun oynamaq uşağın özünü ifadə etməsinə kömək edəcək.
  • Övladlarınlza, tədbirimizi gördüyümüz zaman zəlzələnin zərərindən qoruna biləcəyimizi və təhlükəsiz olduğunuzu ifadə etməlisiniz. Uşaqları çaşdıracaq və onların narahatlığını artıracaq məlumat verməkdən çəkinməlisiniz.

Övladlarınıza özünü təhlükəsiz hiss etməsi üçün “mən səninləyəm” aldığımız tədbirlərlə özümüzü qoruyacağıq və zəlzələdən xilas olacağıq” kimi ifadələr uşağınızın narahatlığını azaldacaq.

Uşağınızı tez-tez qucaqlayın və ona toxunun, bu onun özünü təhlükəsiz hiss etməsinə kömək edəcəkdir. Uşaqlar şiddətli baş verən zəlzələnin ardından çox uzun müddətli (aylarla davam edən) psixo-sosial dəstəyə ehtiyac duya bilərlər. Zəlzələ baş verdikdən 4 həftə sonra uşaqların qorxu, təşviş və narahatlıq hissləri hələ də davam edirsə, mütləq psixoloq dəstəyi alınmalıdır. Əgər dəstək almasalar uşaqların problemləri zaman keçdikcə daha da artar. Bu isə öz növbəsində sosial münasibətlərinə, dərslərinə, müvəffəqiyyət göstəricisinə öz mənfi təsirini göstərəcək.

zelzele 1

Zəlzələdən zərərçəkənlərlə ünsiyyətdə olarkən məsləhət və təkliflər verməkdən çəkinmək lazımdır. Əvvəlcə aktiv şəkildə dinləmək lazımdır. Hadisəni ailədə və uşaqlarla bölüşmək üçün söhbətlər aparılmalıdır. Emosiyaların tənqid edilmədən ifadə edilməsinə icazə verilməlidir. Uşaqları və yeniyetmələri televizor ekranı və ya planşet ekranı ilə məhdudlaşdırmadan həyata, evdə xeyriyyə işlərinə, toplaşma yerlərinə və s. (zəlzələ yerində deyil) cəlb etmək lazımdır. Zəlzələ qurbanı olanların, dünyasını dəyişənlərin görüntülərini paylaşmayaq. Daha çox təsir əvəzinə, bir nöqtədən sonra həssaslığın azalmasına səbəb olacaq. Talançılara qarşı zorakılığı yaymayaq.

Gəlin öhdəliklərimizi qoruyaraq dəstək olmağa davam edək. Gəlin hər zaman ekrana baxmayaq. Hücum-tənqid-günahlandır hesablarına uymayaq. Hər şeyin öz yeri və vaxtı var.

 

Nəzrin Həşimzadə

Yeniyetmə psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir