Əvvəlki yazımda qeyd etdiyim əlamətlər 0-18 yaş aralığında uşaqlarda müşahidə olunarsa, bu uşaqlar risk qrupuna daxildir. Valideyin uşağın diqqətini özünə və prosesə cəlb etməli, davamlı ünsiyyət qurmalı, gün rejiminə dəqiq əməl etməlidir. Uşağın tərbiyəsində, inkişafında distiplina və davamlılıq əsas şərtdir. 3 yaşda və ya bir az da erkən diaqnoz qoyularsa nə etməli?
Valideynlərə tövsiyələr:
- Kəskin psixozun (psixi pozulmanın) yaranmasının qarşısını ala biləcək, uşağın inkişafına nəzarət edən etibarlı psixiatr dəstəyi alın.
- Sizə dəstək olacaq “psixo-pedaqoq”, “loqoped”, korreksiya pedaqoqu” (necə adlandırmağınızın fərqi yoxdur) aparıcı mütəxəssislə birlikdə nəticəyönümlü işlər aparmaq.
- İNAM. Bu ən əsas maddədir. Autizm zamanı korreksiya işləri uzun və yorucu olur. Bu sizi qorxutmasın. Bir insanın inkişafı və müstəqil formalaşması asan proses deyil. Bunu rəhbər tutaraq həmişə inamlı olun.
- Vacib olan yanınızda həmişə mütəxəssisin olmasıdır ki, sizi bəzi qeyri-müəyyənliklərdən, çaşqınlıqlardan, lazımsız prosedurlardan çəkindirsin. Düzgün, davamlı idman təlimlərinə, pedaqoji təlimlərə yönəltsin, sizin və uşağın istirahətini təşkil etməyə kömək etsin.
- Uşağın videolarını çəkmək ( oyun, təlim, yemək zamanı və s.) sonra onunla birlikdə izləyərək müzakirə etmək hər hansı bir cizgi filminə baxmaqdan faydalıdır.
- Məsləhətdir ki, uşağın otağını vizual olaraq 4 hissəyə ayırasınız:
- Yaradıcı guşə (rəsm çəkmək və ya musiqi ilə məşğul olmaq üçün vəsaitlər, alətlər)
- İdman guşəsi (hərəkət edə biləcəyi asılmış və ya divara vurulmuş alətlər)
- Sensor guşə (içərisində oyun topları olan kiçik hovuz, kinetik qum, bərk bağlana bilən iri kardon qutu)
- Oyun guşəsi (oyuncaq ev, oyuncaq mətvəx, ev və ya vəhşi heyvan fiqurları, oğlan və qızların oynaya biləcəyi neytral oyuncaqlar). Bu guşədə həm də stolüstü və didaktik oyunlar da olmalıdır.
Tövsiyələrə əməl etməklə uşağınızın inkişafını akademik səviyyəyə qaldıra bilərsiniz. Əmin olun!
Günay İsmayılova
“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi
Günay xanımən yazısında autizm və ümumilikdə uşaqların inkişafı ilə bağlı verdiyi tövsiyələr çox dəyərli və praktiki cəhətdən faydalıdır. Uşaqların inkişafına necə diqqət yetirilməli və hansı peşəkar dəstək alınmalı olduğu ilə bağlı aydın və yol göstərən təlimatlar təqdim edir. Bu cür yazılar valideynlər üçün çox dəyərlidir.
3 yaşında bir uşağa autizm diaqnozu qoyularsa, təlim və terapiya ilə bağlı ilk olaraq hansı mütəxəssislərlə əlaqə saxlamaq daha faydalı olar? Həmçinin, valideynlər özləri necə hazırlıqlı olmalıdır?
Günay xanımın yazısı çox informativ və köməkedici idi. Özüm müəllim olaraq bu cür mövzularla tez-tez qarşılaşıram və belə konkret, praktik tövsiyələr bizim üçün də yönləndirici olur. Autizmli uşaqlara yönəlik otaq dizaynı ideyaları çox bəyəndim – bu, uşağın həm fiziki, həm də emosional inkişafına müsbət təsir edə bilər.
Növbəti məqalənizdə autizmli uşaqlarla məktəb mühitində müəllim-valideyn əməkdaşlığının necə qurulmalı olduğunu ətraflı izah edə bilərsiniz. Çünki məktəb mühiti də onların inkişafında kritik rol oynayır.
Taleh müəllim maraqlı mövzu təklif edib. Məncə, eyni zamanda gələcək yazılarınızdan birində “Autizmli uşaqlarda sosial bacarıqların formalaşdırılması” mövzusunu işləyə bilərsiniz. Oyun, qrup fəaliyyətləri və sosial hekayələrlə uşaqlara necə dəstək olmaq olar – bu haqda geniş təlimatlar çox faydalı olar.
Ən çox diqqətimi çəkən şey isə uşağın inkişafını izləyərkən inamın əhəmiyyəti oldu. Autizmli uşaqlar üçün korreksiya işlərinin uzunmüddətli olması və valideynlərin bu prosesdə yorulmaması üçün onlara psixoloji dəstək verilməsi vacibdir.
Yazını oxuyarkən bir sualım yarandı: 3 yaşında diaqnoz qoyulmuş bir uşaq üçün psixiatr dəstəyi və terapiya nə zaman başlamalıdır? Əgər bu dəstək vaxtında başlanmazsa, inkişafda hansı əsas çətinliklər yarana bilər?
Diaqnoz 18 aydan sonra qoyulur, dəqiq olması üçün 2-3yaş aralığı daha uyğundur. Gecikmiş dəstək uşaqda ağırlaşmış psixi pozulmalar, hərəkətlərində aqressivlik, həzm sisteminin pozulmasına gətirəcəkdir. Sağlamlığında olan çətinliklər uşağın pedaqoji inkişafına da mənfi təsir edir.
Uşağımın autizm diaqnozu varsa, bu, həyat boyu davam edəcəkmi, yoxsa doğru yanaşmalar və təlimlə inkişafda böyük dəyişikliklər edə biləcəyimiz bir mərhələ ola bilərmi? Uşağım üçün daha yaxşı nəticələr əldə etmək üçün hansı konkret addımları atmalıyıq?
Cox sag olun, Gunay xanim. Genis cavab verdiyiniz ucun sag olun
Yazı çox faydalı və yönləndiricidir. Günay İsmayılova, hər bir valideynin diqqət etməli olduğu əsas məqamları sadalayır və bu məsələlərə yanaşmalarının necə olması barədə konkret təkliflər verir. Uşaqların inkişafına dair bu cür məlumatlı yanaşma, valideynlərin qorxularını aradan qaldırmağa kömək edir.
Valideynlərin bu sahədə daha çox məlumatlandırılması çox önəmlidir. Hər bir autizmli uşaq özünəməxsusdur və ona uyğun təlim və dəstək vacibdir. Yazıda uşaqların inkişafını izləmək və düzgün mütəxəssislərdən dəstək almağın əhəmiyyəti vurğulanır ki, bu çox doğru yanaşmadır.
Bu yazı mənim üçün çox faydalı oldu. Autizmli uşaqlarla işləyən valideynlər üçün çox dəyərli tövsiyələr var. Uşağın inkişafı ilə bağlı konkret addımların göstərilməsi və hansı mütəxəssislərlə işləmək lazımlığının vurğulanması çox əhəmiyyətlidir. Mövzunun aktuallığı və valideynlərin qorxularını azaltma istiqamətində təqdim edilən tövsiyələr çox qiymətlidir.
Valideyn olaraq bu yazıda qeyd edilən məqamlar məni narahat edir. Hər nə qədər uşağımın inkişafına diqqət etsəm də, bu cür problemlərlə qarşılaşacağımızı heç düşünməmişdim. Uşağımın gələcəyinə dair qorxularım var və belə vəziyyətlərdə necə davranmalı olduğumu daha yaxşı başa düşdüm, amma hələ də bir çox suallarım var.
Autizm və asperger sindromunun əsas fərqləri bir çox valideyni düşündürür. Bu mövzuda yazı yazsanız, yerinə düşər
Bu yazı mənə autizmli uşaqlarla bağlı çox şey öyrətdi. Valideyn olaraq mən də hər zaman narahatam, çünki uşağımın inkişafı ilə bağlı hər hansı bir ləngimə olub-olmadığını başa düşmək çətindir. Yazı autizmin erkən yaşda diaqnoz qoyulması halında hansı addımların atılmalı olduğunu göstərir, amma bəzən hələ də əmin olmuram ki, hər şey düzgün gedir.