usaq

Uşaqlarda kaprizlərin səbəbləri – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 059

Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir. Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir.

Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur, davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.

 

Uşaq kaprizlərinin aşağıdakı səbəbləri var:

1) Diqqət çəkmək istəyi. Uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və s.

2) Özünü təsdiqlətmək istəyi. Bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur, ya da onları aşırı qoruyur hətta uşağın işini onun yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq, əslində bu uşaqda davranış pozuntusunu ortaya çıxarır.

3) Valideynlərdən intiqam almaq istəyi. Bu əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyindən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır.

4) Özünü xatırlatma. Bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı həddsiz çox qoruyur. Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər  yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki, psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ “Özünü ailəyə xatırlatmağa çalışır.

 

Belə uşaqlarla necə davranmalı?

1) Uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq. Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və s.)

2) Sevgi göstərmək. Uşağa qətiyyən aqressiya göstərmək olmaz. Krizlər zamanı sadəcə onu iqnora salın və bu durum keçdikdən sonra onunla bu hadisə haqqında danışın. Hər bir şey haqqında fikrini soruşun. Seçim haqqını ona verin.

3) Özgüvən vermək. Onun yerinə yeitrdiyi hər xırda yaxşı işi belə tərifləyin. Daha da yaxşı davranması üçün cəsarətləndirin. Ona güvədiynizi və Onu təmənnasız sevdiyinizi bildirin.

 

Əziz valideyinlər, bir şeyi heç vaxt unutmayın: uşaq gördüyü davranışı sərgiləyər. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin.

 

Fəridə Həsənova

Narınc UPM-nin Pedaqoq-psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir