Uşaqlarda qısqanclıq hissinin qarşısını necə almalı?

Baxış sayı: 1. 502

Uşaqlar bir çox hallarda yeni bacı və ya qardaşlarının dünyaya gəlməsi ilə bağlı ailədə baş verən dəyişiklikləri  qəbul etməkdə çətinlik çəkirlər. Adətən ailənin tək övladı olan uşaqlarda yeni körpəyə qarşı qısqanclıq hissi daha çox müşahidə olunur. Bu halın qarşısı zamanında alınmalıdır. Valideyn olaraq siz övladınıza bacı və ya qardaşına qarşı sevgi hissini aşılamalı və bu hissi nümayiş etdirməsinə yardımçı olmalısınız.

Uşaqlar  qardaşı və ya bacısı olduğu zaman ana və atalarının onu əvvəlki kimi sevməyəcəyini, daha çox körpəyə  diqqət və qayğı göstəriləcəyini düşünürlər.  Bu səbəbdən qaynaqlanan qısqanclıq hissi bir sıra davranışlarla müşaiət olunur.

Qısqanclığın əlamətləri:

  • Ailəyə yeni  üzv gəldiyindən sonra övladınızın tez-tez səbəbsiz ağlaması;
  • Aqressiya;
  • Sizin dediyinizin əksini etməsi halları;
  • Dalaşqanlıq  və. s

Övladınızda bu kimi qısqanclığın qarşısını almaq üçün:

  • Yeni doğulmuş körpənizin baxımında böyük övladınızdan yardım istəyin;
  • Əvvəllər birlikdə oynadığınız oyunları “ vaxtım yoxdur” deyə təxirə salmayın. Vaxtınız olmasa belə qısa zaman ayırıb birlikdə oyun oynayın;
  • Göz təması quraraq onu sevdiyinizi bildirin;
  • Qardaşı və ya bacısı ilə bağlı onunla danışın, hər hansı məsələdə onun fikri ilə maraqlanın;
  • Körpəyə qayğı göstərərkən böyük övladınızı unutmayın, onun yanınızda olmasını təmin edin;
  • Körpənizi yatırarkən böyük övladınızı ona lay-lay deməyi təklif edin.

Böyük övladınızda körpəyə  sevgi yarada bilməyiniz vacib məqamdır. Bununla siz ailənizdə hər kəsin mənəvi rahatlığını təmin edə biləsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir