ayaqyolu

Uşaqları ayaqyoluna necə öyrətmək olar?

Baxış sayı: 2. 291

Əgər sizin uşağınız ayaqyoluna müstəqil getməyi hələ öyrənməyibsə, narahat olmayın – Siz tək deyilsiz! Valideyn.az bu çətin işin öhdəsindən gəlməkdə Sizə kömək edəcək. Əvvəlcə uşaqları tualetə otuzdurmaqla bağlı bəzi faktlarla tanış olun:

  • “Qorşok təlimi”nə başlamaq üçün uyğun yaş 18-32 ay arasında dəyişir, müxtəlif uşaqlarda bu vərdiş fərqli yaş dövründə formalaşa bilər;
  • Uşağa bu vərdişləri hansı yaşda öyrətməyə başlamağınızdan asılı olmayaraq, demək olar ki, bütün uşaqlar 2,5 yaşla 4 yaş arasında müstəqil olaraq tualetə getməyi öyrənirlər;
  • Uşağın “qorşok”a hansı yaşda oturmasının onun ağılı, intellektual qabiliyyəti və gələcək uğuru ilə heç bir əlaqəsi yoxdur;
  • Uşağın tualetə öyrənməsi onun bioloji inkişafından və digər bacarıqlarından asılıdır;
  • Valideynin bu təlimi keçməsi üçün özü də hazır olmalı bu işə səbrli yanaşmalıdır. Bu təlim 3-12 ay vaxt ala bilər;
  • 4 yaşında uşaqların 98% gündüz quru qalmağı – müstəqil tualetə getməyi öyrənirlər.

Bu faktları öyrəndikdən sonra siz növbəti mərhələyə keçə bilərsiniz.

İlk olaraq hazırlıq mərhələsi üçün:

  • Zəruri olan vasitələri əldə edin –güvəc (lazımliq, tualet və ya “qorşok”), bezlər, asan soyunub geyinilə bilən şalvar və s.;
  • “Qorşok”u hamama qoyun və övladınız bu yeni əşyanın nə olduğunu başa salın;
  • Övladınıza bu məsələ ilə bağlı hekayələr və ya kitablar oxuyun/danışın;
  • Uşağa imkan yaradın ki, sadəcə olaraq “qoşok”a otursun. Digər alternativləri (bezləri) təklif etməkdən çəkinin.

Bunun davamı olaraq nə etmək lazımdır?

  • Tualetə oturmaq üçün müəyyən vaxtlar ayırın – yuxudan duran kimi, günorta yeməyindən sonra, gəzməyə getməzdən əvvəl, axşam yuxudan əvvəl və s.;
  • Uşağın bezini bulaşdırdığını hiss edirsinizsə onu dərhal hamama aparın, qarşoka otuzdurun;
  • Uşaq qarşok oturarkən onun başını qatın – kitab oxuyun, nağıl danışın, mahnı oxuyun və ya sadəcə söhbət edin.
  • Əlləri yumaq mərhələsini maraqlı edin, rəngli sabun alın, mahnı oxuyun və s.;
  • Uşaq “uğur əldə edəndə” onu tərifləyin;
  • Tələsməyin, səbrli olun – bu proses 3 aydan 12 aya qədər uzana bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir