usaqlar

Uşaqları soyuq havada necə qorumalı? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 581

Payızda hava tez-tez dəyişir. Bu cür dəyişkən hava uşaqların səhhətinə pis təsir göstərir. Bu səbəbdən qrip virusları sürətli yayılmağa başlayır. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə xəstəlikdən sığortalamış olur. Görəsən, övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik?

Beləliklə, valideynlərə övladlarını belə havada qorumağın üsullarını təqdim edirik:

 

Əvvəlcə xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz. Əks təqdirdə, digər uşaqlar da virusa yoluxacaq.

Payız və qışda uşaqların xəstələnməsini istəməyən valideynlər yaz, yay aylarında uşaqlara bol vitaminli meyvə-tərəvəz yedizdirməlidir.


Havalar soyuyanda valideynlər uşaqlarını təmiz havaya çıxarmaqdan ehtiyat edirlər. Yaxşı olardı ki, uşaqlar bol miqdarda təmiz hava qəbul etsinlər.

Uşaqlarda immun sisteminin zəifləməsinin qarşısını almaq lazımdır. Bunun üçün zərərli qidalar, kolbasa-sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul edəndə onların bağırsağında mikroblora məhv olmağa doğru gedir və immunitet zəifləyir.

Əgər uşaq tez tez xəstələnirsə, allergik xəstəlikləri və ya başqa hər hansı bir risk qrupundadırsa, payız aylarında qrip əleyhinə peyvəndlərin vurulması məsləhətdir.

Stress də uşaqların ardıcıl xəstələnməsinə səbəb ola bilər. Valideynlər övladlarını gərginlikdən uzaq tutmalıdılar.

Uşaqların məktəbə gedərkən maskadan, “Oksalin” mazından istifadə etməsi xəstəliyin qarşısını almır. Ancaq uşaqlara gigyena qaydalarının (asqırarkən və öskürərkən ağız və burunu dirsək bükümü ilə tutmaq, mütəmadi olaraq əlləri sabunla yumaq) öyrədilməsi onları əhəmiyyətli dərəcədə qoruya bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir