Uşaqların aqressiv hərəkətlərə yol verməsinin üç səbəbi

Baxış sayı: 1. 442

Bəzən uşaqlar aqressiv hərəkətlərə yol verirlər. Ancaq valideynlər bu hərəkətlərin səbəbini başa düşə bilmirlər. Başa düşmədikləri üçün də problemi həll etməkdə çətinlik çəkirlər. Elə isə bu hərəkətlərin səbəbləri hansılardır? Və ya valideynlər bu hərəkətlər qarşısında nə etməlidirlər?..

Hər şeydən əvvəl deyək ki, uşaqlar əsasən üç səbəbə görə aqressiv hərəkətlərə yol verirlər. Bunlardan birincisi onların diqqətə olan ehtiyaclarıdır. Çünki diqqət uşaqlar üçün vacib olan əsas ehtiyaclardan biridir. Əgər uşaq “diqqət ehtiyacını” ödəyə bilmirsə, təbii olaraq bunu aqressiv hərəkətlərlə büruzə verir. Buna görə də, uşaqlarınızı diqqətdən kənarda qoymamalı və təbii ki, bu məsələdə tarazlığı qorumağı bacarmalısınız.

Uşaqlarda aqressiv hərəkətlərin ikinci səbəbi “özünü ifadə etmək ehtiyacıdır”. Belə uşaqlar özlərini ifadə etmək üçün müxtəlif münaqişələrə yol verirlər. Ona görə də, valiedynlər uşaqlarına özlərini ifadə etmək üçün imkan verməli, həmçinin uşaqları ilə münaqişəyə girməkdən çəkinməlidirlər.

Uşaqların aqressiv hərəkətlərində üçüncü səbəb isə “qisas ehtiyacıdır”. Valideynləri ilə müxtəlif səbəblərlə ciddi problemlər yaşayan (təbii ki, uşağa görə ciddi) bəzi uşaqlar şüuraltlarında gizlədikləri “nifrət” hisslərini zaman keçdikcə “qisas” hissinə çevirirlər. Belə uşaqlar “qisas” üçün daha çox valideynlərinin zəif cəhətlərindən istifadə edirlər. Belə hallarda valideynlər, ilk növbədə, uşaqları ilə aralarındakı ünsiyyət boşluğunu aradan qaldırmalı, daha sonra da diqqətlərini uşaqlarının aqressiv hərəkətlərinə istiqamətləndirməlidirlər…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir