kirpikler

Uzun və həcmli kirpiklərə sahib olmaq üçün nələr etməli?

Baxış sayı: 1. 540

Daha uzun və gur kipriklərə sahib olmağı hamı istəyər. Baxışlarınızın daha cazibədar, gözləriniz daha gözəl görünməsini istəyirsinizsə evdə asanlıqla istifadə edə biləcəyiniz bu üsulları mütləq sınamalısınız.

Zeytun yağı

Zeytun yağı kipriklərinizin sürətlə uzanmasına kömək edən antioksidantlarla zəngindir. Barmağınızı yağa batırın və kipriklərinizin köklərinə vurun. Müntəzəm istifadədən sonra kipriklərinizin sağlam şəkildə uzandığını müşahidə edəcəksiniz. Bu üsulu istəyiniz saatda tətbiq edə bilərsiniz, ancaq ən yaxşısı gecə yatmazdan əvvəl etməkdir.

Çobanyastığı

Çobanyastığı antibakterial bir gücə sahibdir. Çobanyastığı çayı gözlərinizi hava çirkliliyinin zərərlərindən müalicə edəcək. Çobanyastığı çayı ilə göz qapaqlarınıza masaj edə bilər, gözlərinizi yuya bilərsiniz. Bu, həm infeksiyaya qarşı qorunmağınıza, həm də uzun kipriklərə sahib olmağınıza kömək edəcək.

Yumurtanın ağı

Yumurta ağının möcüzəsi içindəki proteindir. Sadəcə yağlarınızı əritməyə və əzələ kütlənizi artırmanıza kömək etmir, eyni zamanda tükləriniz üçün də çox önəmlidir. Bir qaba yumurta ağını qoyun və kipriklərinizə kökündən ucuna barmağınızla vurun. 10 dəqiqə gözləyin və daha sonra ilıq su ilə yuyun. Bu proseduru həftədə 3 dəfə təkrarlayın.

Hind qozu yağı

Hind qozu yağında olan vitaminlər özünə qulluq üçün də ideal vasitədir. Hind qozu yağı kipriklərinizin qidalanmasına kömək edir, uzunluq və parlaqlıq verir. Yağı kipriklərinizə pambıqla və ya qulaq çöpü ilə hər gün vura bilərsiniz.

Aloe Vera

Aloe Vera gelini təmiz bir tuş fırçasıyla yatmazdan əvvəl kipriklərinizə vurun. Növbəti gün ilıq su ilə yuyun. İstəsəniz aloe vera gelini bir çay qaşığı çobanyastığı çayı və jojoba yağı ilə qarışdırıb gündə 2 dəfə kipriklərinizə vurun. 15 dəqiqə saxlayıb ilıq su ilə yuyun.

Şi yağı və vazelin

Əllərinizi yuduqdan sonar göz qapaqlarınıza bir neçə damcı şi yağı və vazelin vurub masaj edin. Bir neçə ay gündə 2 dəfə 5 dəqiqə masajı edin. Kiprik köklərində qan dövranı güclənəcək, kiprikdəki incəlmə və qırılmalar yox olacaq.

Hind (gənəgərçək) yağı

Hind yağı zəifləmiş saçları və kirpikləri müalicə etmək üçün mükəmməl vasitədir, çünki böyüməni və regenerasiyanı təmin edir. Eyni zamanda, çox sürətli və asan istifadəsi var. Pambığı və ya qulaq çöpünü yağa batırıb kipriklərinizə vurun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir