valideyn

Valideyn mövqeləri nələrdir?

Baxış sayı: 389

Valideyn mövqeləri, valideynin uşağını tərbiyələndirərkən istifadə etdiyi mövqe, davranış və vasitələrin toplusudur əslində. Qəbul etdiyiniz mövqe və davranışlar uşağınızın psixoloji inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Məhz ən çox rastlaşdığımız valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri…

 

Valideyn mövqeləri nələrdir?

Ailədə uşaqlarla, valideyn münasibətində əsas müəyyənedici amil ana və atanın mövqe və davranışlarıdır. Valideynin uşaqlarına qarşı sərgilədikləri davranış formaları, hadisələr qarşısında nümayiş etdirdikləri mövqelər, ana və ata ilə uşaq arasındakı əlaqənin istiqamətini və formasını müəyyən edir. Psixologiyası düzgün, ruh quruluşu möhkəm, xarakteri müsbət istiqamətə doğru yönləndirilmiş uşaq yetişdirmək üçün valideynin mövqeləri çox amma çox əhəmiyyətlidir.

Ana və atası ilə sağlam bir əlaqəyə malik, ünsiyyəti düzgün uşaqların ümumi xüsusiyyətlərinə nəzər saldığımızda, düşündüyünü həyata keçirə bilən, sərbəst qərarlar ala bilən, özünə inamı son dərəcə yüksək, fərdi mənada tolerant, ictimai şüuru yüksək fərdlər kimi yetişirlər.

Valideynləri tərəfindən uşaqlara qarşı sərgilənən mövqeləri qruplaşdırmaq və kateqoriyalara ayırmaq lazım gələrsə, əsas olaraq bu şəkildə yekunlaşdırıla bilər.

 

1) Təzyiqçi və avtoritar valideyn mövqeyi:

Ailə qatı, qaydaçı və intizamlıdır. Ana /ata və ya hər ikisinin də avtoritar mövqeyi qarşısında, uşaq nəzakətli, dürüst, intizamlı, xeyriyyəçi və diqqətli olmasına baxmayaraq, ürkək, utancaq, özünə inamı olmayan və ya çox zəif, başqalarının təsiri altında qala bilən, həssas, qorxaq, öz başına iş görmək qabiliyyəti inkişaf etməmiş bir quruluşa sahib ola bilərlər.

 

2) Həddindən artıq mehriban valideyn mövqeyi:

Bu tip ailələrdə uşaq tək hökm edəndir. Ailə bütün həyatını uşağın istək və arzusuna görə müəyyən edir. Ailə uşağa hədsiz sevgi göstərir. Bütün mövqeləri balanssız və uşaq mərkəzlidir. Bu tip ailələrdə uşaq nə desə o olur. Belə ailələrdə böyüyən uşaqlar; eqoist, sevgi arsızı, qayda tanımayan, acgöz şəxsiyyət strukturlarına sahib olurlar. Bu uşaqlar ev həyatı və ictimai həyatda yola getməyən, sosial istiqamətləri zəif və eqoist bir quruluşa sahib olurlar.

 

3) Qərarsız və balanssız valideyn mövqeyi:

Bu tip ailələr adətən ana və atanın yaxşı yola gedə bilmədiyi və hər iki tərəfin də dominant xarakterə malik olduğu ailələrdir. Ana / ata uşaqla bağlı bir məsələdə ağ dediyinə, digəri qara deyir uşaq hansına baxacağına, hansına əməl olunacağına qərar verməməkdə əksəriyyətlə qərarsız qalaraq hər hansı bir reaksiya verməməyi qərar verir. Bu tip ailələrdə yetişən uşaqlar adətən qərarsız, hər cür təsirə açıq, əsassız, tez qərar dəyişə bilən uşaqlardır.

 

4) Həddən artıq qoruyucu valideyn mövqeyi:

Uşağın hər zaman, hər an nəzarət altında saxlanıldığı, həddindən artıq diqqət və qayğı göstərildiyi, zərər gələ bilər qorxusu ilə gündüzləri belə küçəyə çıxması belə istəmədiyi və ya məhdudlaşdırıldığı ailə tipidir. Bu tip ailələrdə yetişən uşaqlar, ailəyə hədsiz asılı, özünə inamı olmayan, emosional cəhətdən zəif, sıxışdırılarkən başqalarına şər ata biləcək quruluşda olurlar. Bu asılılıq halı ümumiyyətlə, ömür boyu sürər və ailəsindən gördüyü şeyləri həyat yoldaşından da gözləyərlər.

 

5) Mehriban və güvən verici valideyn mövqeyi:

İdeal ailə tipinə uyğun bir quruluşdur. Bu tip ailədə əsas qayda və məhdudiyyətlər xaricində uşaqlar sərbəst şəkildə, lakin məsuliyyətlərini dərk edərək yetişirlər. Fərd olmanın fərqinə çatan uşaqların özünə inamları tam, sosial münasibətlər qüvvətli və gələcəyin ideal yetkin namizədləridir.

 

6) Mövqesiz valideyn mövqeyi:

Bu tip ailədə adətən qaydalar yox, müəyyən müddətlik davalar və müəyyən müddətlik səadət var. Uşaq üçün qoyulan qaydaların bəzən çox qatı bir şəkildə tətbiq olunduğu, bəzən də heç yox imiş kimi davranıldığı mövqelər; uşaqda inamsızlıq, qaydalara qarşı laqeydlik, həllin parçası olmağı rədd etmək, qərarsız və şəxsiyyətsiz xarakter quruluşu meydana gələ bilir.

 

7) Rədd edici valideyn mövqeyi:

Uşağın sağlamlıq xidmətlərini ləngidərək uşağın əslində istənilmədiyini hiss etdirmək və uşağa qarşı düşmən münasibət bəsləmək kimi tərif edilə bilər. Bu tip ailələrdə böyüyən uşaqlarda özündən daha zəif olanı əzmək, bütün ətrafına qarşı nifrət bəsləmək, heç kimə güvənməmək, ətrafındakılara düşməncəsinə mövqe nümayiş etdirmə düşüncələrinə sahib ola bilərlər.

 

8) Mükəmməliyətçi valideyn mövqeyi:

Bu tip ailələr adətən özlərinin edə bilmədiklərini, yaşamadıqlarını uşaqlarından gözləyən, bir az eqosu yüksək ailələrdir. Adətən eqoist insanların yaratdığı bu ailələrin uşaqlarında; gördüyü işi bəyənməmək, yetərsiz olduğu duyğusu, davamlı olaraq başqalarını xoşbəxt etməyə çalışmaq duyğuları görülə bilər.

 

9) Ayrı-seçkilik edən valideyn mövqeyi:

Ana / ata və ya hər ikisinin də ayrı-seçkilik etmədiklərini demələrinə baxmayaraq övladları arasında ayrı-seçkilik etmələri, sevdikləri uşaqlarını, digərlərindən ayıraraq himayə etmələri nəticəsində yaranan və təcrid olan uşaqlarda emosional qırıqlıqlar yaranır. Bir-birinə düşmən olurlar.

Nəticə olaraq ana və atanın mövqeyi uşaqların inkişafında, şəxsiyyət təşəkkülündə çox böyük əhəmiyyətə malikdir. Uşaq böyüdərkən, uşaqlara rol model olarkən bunu əsla və əsla unutmamalısınız. Uşaq sizdən nə görsə onu edəcəkdir. Siz demokratik, tolerant, insan sevgisi ilə dolu, anlayışlı olar və elə rəftar etsəniz, uşağınız da eynilə sizə bənzəyəcək və gələcəkdə sizin kimi davranacaq.

 

Tərcümə etdi:  Sünbül Mustafayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir