OLU PALTARI

Xəstə, yaxud ölmüş bir adamın paltarını geyinmək bizim həyatımızı necə dəyişə bilər?

Baxış sayı: 992

Uşaqlığımız bacı, qardaşımızın, yaxın qohumların paltarlarını geyinməklə keçib. Elə indi də, hansısa qəfil qonaqlıq, yaxud toy bayramlarda yenə yaxınlarımızın geyimlərindən istifadə edirik. Bəs xəstə və ölmüş yaxınlarınızın necə? Onların paltarlarını geyinmək barəsində heç düşünmüsünüz? Əgər elə bir fikriniz varsa, bu videomuza mütləq baxın. Bilmədiyiniz məqamlar var.

Dünya şöhrətli rəssam Pablo Pikasso paltarlarını heç kimə verməzdi. O, hesab edirdi ki, kim ki onun paltarlarını geysə, o adamın vərdişləri rəssama ötürüləcək. Daha doğrusu, o, sərsəri və alkoqolik olmasından qorxurdu. Bəli, Pikasso çox batil bir adam idi…

Bionergetiklər iddia edir ki, başqalarının geyimlərini geyinmək təhlükəlidir. Əvvəllər alimlər belə şeylərin mənfi təsirini paltardakı infeksiyaların yeni sahibinin bədəninə bakteriya və virusların daxil olması ilə izah edirdi. Ta ki kvant fizikasını kəşf edənə qədər. Onun mahiyyəti isə belədir: əgər iki sistem ən azı bir dəfə kəsişərsə, bunun təsiri əbədi qalacaqdır.

Xəstə və ya ölmüş insanlara aid geyim və digər əşyalar sahibi haqqında məlumatı özündə saxlayır. Bu məlumatın yeni sahib üçün nə qədər zərərli olacağı bir çox amillərdən, o cümlədən psixoloji müdafiə səviyyəsindən, immunitet sistemindən, emosional reaksiyalardan və bir çox digər amillərdən asılıdır.

Vladimir Dahl və İvan Saxarovun əsərləri ağır xəstə və ya ölü insanlara aid paltar və əşyalarla əlaqəli bir çox ritualdan bəhs edir. Xəstə və ya mərhumla əlaqəli olan xəstəlikdən, uğursuzluqlardan və ya “lənətdən” qurtulmaq üçün qohumları onun bütün əşyalarını yolun kənarında qoyur və ya kimsəsizlərə paylayır. Yoldan keçən bir adam dayanıb onları götürürsə, bütün xəstəlikləri və uğursuzluqları özüylə aparacaq.paltar

Dünya şöhrətli rəssam Pablo Pikasso paltarlarını heç kimə verməzdi. O, hesab edirdi ki, kim ki onun paltarlarını geysə, o adamın vərdişləri rəssama ötürüləcək. Daha doğrusu, o, sərsəri və alkoqolik olmasından qorxurdu. Bəli, Pikasso çox batil bir adam idi…

Bundan başqa həkimlər də uşaqların başqalarının paltarlarını geyinməsinə qarşı çıxırlar. Bu, infeksiya mənbəyi ola bilər və bu cür paltarları güclü kimyəvi maddələrlə təmizləmək də sağlamlığınız üçün yaxşı deyil. Yeni bir şey almaq daha yaxşıdır.

Ailənin böyük uşaqlarının geyimləri adətən kiçiklərə qalır. Bu zaman eyni ailənin nümayəndələri oxşar mikrofloraya və enerjiyə malik olur. Yeri gəlmişkən, başqasının ayaqqabılarını geymək xüsusilə təhlükəli hesab olunur. O, yerə toxunur və iz buraxır. Yeni Qvineya sakinləri və rus kəndliləri bir vaxtlar “cığırdakı” magiyadan çox qorxurdular.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir