xosbextlik

Xoşbəxtlikdən parlamaq üçün 7 qayda

Baxış sayı: 769

Çoxumuz xoşbəxt olmağın yollarını axtarırıq. Hamımız payız günlərində həyatımızda günəş işığının olmasını arzulayırıq!

Bununla bağlı az yazı da oxumamısınız əminik! Ancaq sizə daha real məsləhətlər vermək üçün hazırıq!  Yaxın oturun, əla məsləhətlər ilə gəlmişik! Xoşbəxtliyin 7 qaydası bizdədir!

 

Güzgü qanunu

Ətrafımızda olan hər kəs, hər xarakter bizim həyatımıza bir başa təsir edir. Onlarda gördüklərimizlə biz özümüzdə dəyişikliklər edə bilirik. Belə olduqda da hər zaman dəyişib, özümüzü daha rahat hiss edirik.

Məsələn, həyatınızdakı bir nəfərdən pis rəftar görürsünüzsə bunu özünüzdə də görüb görmədiyinizi sorğulayın və dəyişməyə çalışın. Hər kəsin öz doğrusu var, ancaq yenə də ətrafımızda gördüklərimiz bizi formalaşdırır- yaxşı tərəfə formalaşaq.

Seçməyin gücü

Ətrafımızda gördüyümüz hər şey bizim seçimlərimizdir! Dostlarımız, işimiz, yaşadığımız yer…

Seçimlərimiz bizi formalaşdırır. Əgər xoşunuza gəlməyən bir şeylər varsa, seçimlərimizə göz gəzdirməyin vaxtdır.

Onları yenidən gözdən keçirin və yeniliklərdən qorxmadan seçin!

Səhv etmək bacarığı

Heç birimiz mükəmməl deyilik. Səhvlərimiz olur… Bütün qərarlarımız doğru ola bilməz ki?!

Əsas olan bu səhvləri anlamaq, qəbul etməkdir. Beləliklə, növbəti eyni səhvi etməmək daha da asanlaşır.

Uyğunluq qanunu

Həyatımızda hər şey mükəmməl ola bilməz. Yuxarıda da qeyd etdiyim kimi bəzi seçimlərimizə görə həyatımız formalaşır. Çox zaman onlar bir biri ilə əlaqəli olurlar və həyatımızın ahəngini də bu təşkil edir.

Əgər şikayətləndiyimiz bir şeylər varsa, seçimlərimizi yenidən gözdən keçirib, həyatımızdakı uyğunluğu düzəltməliyik. Bunu etdikdə isə, özünüzün də ədalətli olduğuna nəzər yetirin.

Məsələn, bir insanı yalnış seçdiyinizi deyə bilərsiniz, ancaq ilk öncə özünüzü də sorğulayın: Bəs mən yetəri qədər sevgi və diqqəti verirəmmi?

 

Asılılıq qanunu

Birinə yaxşılıq etmək istəyirsənsə et! Heç vaxt qarşılıq gözləmə! Çünki, həyatda etdiyimiz heç bir şey üçün nəsə gözləməməliyik.

Gözləntilərsiz yaşamaq bizi daha çox xoşbəxt edəcək. Bu yaxşılığı edirik və  daxilən daha yaxşı hiss etməyimizə səbəb olur.

Yaxşı insan olmaq istəyirsinizsə güclü də olmalısınız. Bəzən YOX  deməyi bacarmalıyıq. Özünüzü xoşbəxt etməyən hər şeyə yox deyə bilərsiniz!

 

Var olmaq qanunu

Burada və indi yaşayın! Keçmişdə olanları düşünməyin! Gələcəyi də çox düşünməyin, çünki hələ gəlməyib. İndi yaşayın. Bu həyatınıza harmoniya və rəng qatacaq. Beləliklə də daha xoşbəxt hiss edəcəksiniz!

Optimizmin gücü

Hər şeydən zövq almağa çalış! Məsələn, günəşin parıltısından, ani yağan yağışdan, minlərcə ulduzdan… Nə qədər ki, yaşayırıq hər anın dadını çıxartmağımız şərtdir. Müsbət düşünmək daha çox enerji və təbəssüm gətirəcək!

Əlbəttə bəzən çətin günlər olacaq. Ağlamaq da lazımdır, bəzən hirslənmək də… Önəmli olan odur ki, özünüzə hər zaman xoşbəxt olmaq üçün bəhanə tapasınız. Gülümsəyik, sizə çox yaraşır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir