Xoşbəxt ailələr üçün 6 məqam

Baxış sayı: 1. 370

Bir ömür boyu xoşbəxt olan ailələrin sirri nədir? “Gencaile.az” həmin sirri sizə açıqlayır.

Dəyişiklikləri qəbul edin  və qucaqlayın. 

İnsanlar həyatı boyu dəyişir.  “Hər qadının sahib olmalı  6 həyat yoldaşı” kitabının müəllifi psixoloq prof. Stiven Kreyq deyir:”Uğurlu bir münasibətin açarı birlikdə böyüyə bilmək və uyğunlaşmaqdır”. Bu xüsusiyyətlə də tərəflər 50- 60 yaşına çatanda  evlilik onlar üçün hələ də qiymətli olur. Uşaqların ayrı evdə yaşaması, təqaüdə çıxmaq, sağlamlıqlarında baş verən dəyişikliklər, baba və nənə olmaq kimi vacib dəyişikliklər əsasında münasibətlrə daha da önəmli olur. Kreyq həmçinin  qeyd edir ki, tez-tez  baş verən dəyişiklikləri qəbul etmək, həyat yoldaşınızın ehtiyaclarını başa düşmək və bunlarla bağlı danışa bilmək münasibətlərinizin inkişafı üçün çox vacibdir.

Mübahisə 

Uğurlu münasibətlərdə mübahisə etməmək qeyri-mümkündür. Kreyq həmçinin qeyd edir ki, əslində yoldaşınızla dalaşmalısınız. Bir cütlüyün  mübahisə etməsi və nəyin üstündə dalaşdığı heç dalaşmamalarından daha vacibdir. Lazımsız arqumentlər keçmişdə qalmış hadisələrə görədir. Məsələn 20 il əvvəl bizi əsəbiləşdirmiş bir hadisəni gündəmə gətirmək buna nümunədir. Nikahları araşdıran psixoloq Con.M.Qotmanın tutduğu siyahıdıkaı bu lazımsız davaranışları etməyin: yoldaşınıza aşağıdan yuxarı baxma, özünüzü müdafiə etmək, söhbət etməkdən qaçmaq, qarşı tərəfə mənfi fikirlərinizi demək ya da ad qoymaq.

Bağışlayın və davam edin

Kçemişdə baş verən hadisələri gündəmə gətirməyin heç bir faydası yoxudur. Fotoqraf Lauren Fleyşmen “The Lovers” kitabı üçün 50 ildən çoxdur  evli olan cütlüklərlə reportaj hazırlayır. Həyat yoldaşı ilə 1948-cı ilin aprelindən bəri evliolan Ceyk Cakobs “Xoşbəxt bir ailəyə sahib olmaq üçün kişi çox tolerant olmalıdır. Bəzən hiss etməli və etməməlidir. Və üzr istəməyi bacarmalıdır”,- deyə qeyd edir.

Alıb verməyi bacarın

Uzlaşma hər münasibətdə vacibdir, xüsusilə də ailədə. Nə vaxt mübahisə olacağı və nə vaxt üz-üzə gəlməyi bilmək yoldaşınızlaranızda çox güclü bir bağ yaradacaq.

Onu niyə sevdiyiniz xatırlayın

İşlər çətinləşəndə,  cütlüklər niyə birlikdə olmaq istədiyini unutmurlar. Münasibətlərinizin yaxşı tərəflərinə diqqətinizi verin, bir-birinizi necə gördüyünüzü yə da necə dəstəklədiyinizi xatırlayın. Necə aşiq olduğunuzu və evləndiyinizi xatırlamaq, çətin vaxtlarda köməyinziə çatacaq.

Hər zaman əl-ələ tutun

Bəzən ən ayxşı sirrlər ən sadə olanlardır. Cütlüklərin çoxu münasibətlərin sirri olaraq əl-ələ tutmağı göstərir. Haqlıdırlar, çünki aparılan araşdırmalara görə cütlüklərin əl-ələ tutması keçirtdikləri stressi azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir