Ariq

Yağ yandırmağı sürətləndirən 10 təsirli qayda! – Artıq çəki ilə vidalaşın

Baxış sayı: 707
Bədəndəki artıq yağları yandırmaqla sağlam şəkildə kilo vermək mümkündür.  Bunun üçün müəyyən qaydalar, həyat tərzi və yemək vərdişləri var. 
Maraqlı olacağını nəzərə alıb, dietoloq Selahattin Dönmezin bununla bağlı tövsiyələrini təqdim edirik.

Arıqlamağın yeganə yolu yağ yandırmaqdır. Onu da unutmaq olmaz ki, hər pəhriz yağ qatlarının əriməsinə səbəb olmur.  Su içmək və yemək yeməyin sürəti kimi meyarlar yağ qatının dağılmasına, sağlam kilo verməyə təsir edən amillərdir. Bununla bağlı detallar aşağıdakılardır:

1. Hər hərftə bel nahiyənizi ölçün.

Artıq çəki almağa səbəb olan yağ qatı əsasən bel nahiyəsində toplanır. Həmçinin qarının piylənməsi artıq çəki almağınıza işarədir. Əgər   geyindiyiniz şalvar və ya ətək bel bölgənizdən sıxılmağa başlamışsa, bu bədəndə sağlam olmayan yağların başlaması deməkdir.

2. Hər gün idrarınızın  rəngini yoxlayın. Belə ki, hər səhər boş mədəyə idrar rəngini müşahidə edin. Əgər idar rənginiz, solğun və ya açıq sarı arasındadırsa, bu, kilo verərkən kifayət qədər su içdiyinizi və qaraciyər, öd kisəsi və ya böyrəklərdə problem olmadan sağlam bir şəkildə kilo verdiyinizin göstəricisidir.
Əgər idrarın rəngi tünd limon sarısı rəngdədirsə, demək, az su içirsiniz, onun miqdarını artırmaq lazımdır.

3. Yemək yeyərkən çeynəmə sürətini azaltmaq lazımdır. Araşdırmalar da onu göstərir ki, loxmanı çox çeynəyərkən, toxluq hissi daha çox olur. Yəni, mümkün qədər ağızda yeməyi çox çeynəmək lazımdır. Beləliklə də, mədənin elastikliyi artmayacaq, yəni mədə genişlənməyəcək və bağırsaqdakı hormonlar uyğun siqnallarla qısa müddətdə tox olmağınızı asanlaşdıracaq.

4. Yanan yağlar üçün yemək miqdarı vacibdir. Gündə bir və ya iki dəfə yemək yeyərək bədənin yağ yandıracağını gözləmək olmaz. Əsas qəbul etdiyiniz yeməyin tərkibi və miqdarıdır.

5.Hər gün 50-60 qram karbohidrat qəbul etmək lazımdır. Bel və qarın yağlarını əritmək və ayaqları incəltmək üçün göbələk, portağal, yaşıl bibər, xiyar, cəfəri, soğan, təzə nanə, qırmızı kələm, balqabaq, qarağat, ispanaq, kərəvəzdən ibarət az miqdarda karbohidrat tərkibli salatlar və ya tərəvəz yeməkləri qəbul etmək lazımdır. Yəni, mümkün qədər daha az karbohidrat ehtiva edən qidaları qəbul edin. Gündə 50-60 qram yemək həm sağlamlığınızı qoruyur, həm də qırmızı qan hüceyrələrinizin işləməsini təmin edir.

6. Yemək qəbul etməyin arasını 4 saat tətbiq edin. Qaraciyərdə qlükozanın saxlama forması olan qlikogen boşalmadan, yeni qidalar qəbul edərkən yağ yandırma qabiliyyəti ləngiyir. Bu baxımda  yemək saatlarını 4 saat ara ilə müəyyənləşdirmək lazımdır.

7. Yağ yandırmaq üçün təkcə sağlam qida tərzinə riayət etmək yetərli deyil. Gün ərzində idman hərəkətləri də etmək vacibdir.

8. Daima su qəbul etmək. Suyun sıfır kalorili olduğunu unutmayın.  Daim su içmək həzmi asanlaşdırır, qəbizliyin qarşısını alır, qan təzyiqini tarazlayır, qidaları və oksigeni hüceyrələrə daşıyır, oynaqları və orqanları qoruyur, bədən istiliyini sabit saxlayır və elektrolit tarazlığını təmin edir.  Hər kəs gündə təxminən 1 ilə 1,5 litr su içməlidir, bu da ortalama 4-6 stəkan su edir.
Yeməklər arasında mümkün qədər çox su içməyə çalışın, faydalı olacağına əmin ola bilərsiniz.

9. Yağ və doymuş yağ ehtiva edən qida məhsullarını azaldın. Bel və qarında yığılan yağları əritmək çox çətindir.  Bu səbəbdən sağlam və qalıcı bir kilo itkisi üçün qatı və heyvan yağları, işlənmiş ətlər, doymuş yağ ehtiva edən ətin yağ hissələri yeməməlisiniz.  Qırmızı ətdəki yağları götürüb, yağsız formada qəbul edin.
Bundan əlavə, toyuğun dərisiz və döş hissəsinə, hinduşkanın dərisiz və yağsız hissəsinə üstünlük verilməlidir.

10. Yemək tavasını süfrəyə gətirməyin. Yeyəcəyiniz qədər yemək götürüb, masaya əyləşin.

Bu, iştahınızı idarə etməyin fərqli, lakin həqiqətən təsirli bir yoludur.  Beləliklə də masaya tava gətirmədikdə, ikinci boşqab yemək qəbul etməkdən özünüzü qoruyacaqsız.

Xalidə Gəray,




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir