Yapışan saqqızı iz qalmadan çıxarmağın 8 yolu

Baxış sayı: 1. 726

Saqqız çeynəməyin iştahı azaltmağa, həzmə,diş çürüməsinə, kariyesə, stresə və. s bir çox faydaları vardır. Amma bəzən saqqız heç də xoş olmayan vəziyyətlərə səbəb olur. Saça, paltara və ya ayaqqabıya yapışaraq xoşagəlməz görüntü yaradır. Amma dərd etməyin bunun həlli üsulu vardır. Bu üsullarla yapışan saqqızı asanlıqla iz qalmadan çıxara bilərsiniz.

Buz: Saçınıza yapışan saqqızı çıxarmaq üçün buza ehtiyacınız olacaq. Bir parçada buzu saqqız yapışan hissənin üzərində bir müddət gözlədin. Buz saqqızı donduracaq və siz asanlıqla saqqızı çıxara biləcəksiniz. Bu üsulu geyim, ayaqqabı və xalça üçün də tətbiq edə bilərsiniz.

Yağ: Saçınıza yapışan saqqızı çıxarmaqın digər bir yolu isə yeməklərdə istifadə etdiyiniz yağdır. Saqqızın üzərinə yağı sürtün və sonra asanlıqla saqqızı saçınızdan çıxarın.

Dondurun: Paltarınıza saqqız yapışıbsa, həmin paltarı salafan paketə qoyaraq bir neçə saat soyuducunun buzluğunda dondurun. Daha sonra rahatlıqla saqqızı çıxara bilərsiniz.

Mayonez: Saqqız təmizləməyin digər yolu da mayonezdir. Saqqızın üzərinə mayonez çəkərək dırnaqlarınız və ya daraq vasitəsilə saqqızı asanlıqla çıxara bilərsiniz.

Vazelin: Vazelin də saqqız çıxarmaqda ən yaxşı üsullardandır. Vazelinlə də eyni qayda ilə saqqızın üzərinə çəkərək daha sonra çıxarın.

Saç qurudan: Xalçaya saqqız yapışıbsa saç qurudanla saqqızı yumşaldaraq daha sonra asanlıqla çıxara bilərsiniz.

Qum: Xüsusən ayaqqabının altına yapışan saqqızı çıxarmaq üçün ən yaxşı üsuldur. Əvvəlcə qum üzərində bir qədər gəzin. Daha sonra ovaraq saqqızı çıxarmağa çalışın.

 

 

 

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir