Arzu Residli

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Baxış sayı: 623

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliyi azalır, qırışlar dərinləşir və üz quruluşu dəyişir. Buna görə də hər yaş dövrünə uyğun prosedur seçimi həm təbii görünüş, həm də uzunmüddətli nəticə baxımından olduqca önəmlidir.

 

Bu məqalədə yaşa görə tövsiyə olunan estetik prosedurları mərhələli şəkildə təqdim edirik.

 

20–30 yaş: Profilaktik qulluq və erkən müdaxilələr

Bu yaş dövründə dəridə ciddi qocalma əlamətləri müşahidə olunmur. Lakin düzgün qulluq və profilaktik müdaxilələr gələcəkdə qırışların və dəri sallanmalarının qarşısını ala bilər.

Ən uyğun prosedurlar:

Dəriyə qulluq (peeling, mezoterapiya): Cildi canlandırır, parlaqlıq verir.

Lazer epilyasiya: Tüklərdən uzunmüddətli qurtuluş.

Günəşdən qoruyucu SPF istifadə: Foto-yaşlanmanın qarşısını alır.

 

30–40 yaş: İlk qırışlara və dəri tonuna fokuslanmaq

Bu yaş aralığında ilk mimik qırışlar görünməyə başlayır. Dəri elastikliyində azalma hiss olunur və rəng bərabərliyi pozula bilər.

 

Ən uyğun prosedurlar:

İlk növbədə biorevitalizasiya və kollagen sintezini artırmaq lazımdır.

Botoks və dolğu: Alın, göz ətrafı və burun-dodaq xəttindəki ilk qırışların düzəldilməsi.

PRP (plazma terapiyası): Dərinin özünü yeniləmə qabiliyyətini artırır.

 

 

40–50 yaş: Dəri sallanması və dərin qırışlarla mübarizə

Bu dövrdə kollagen və elastin səviyyəsi xeyli azalır, dəridə sallanma və dərin qırışlar yaranır. Həm də üz ovalı qeyri-aydın ola bilər.

 

Ən uyğun prosedurlar:

Dərin dolğular və hialuron turşusu: Həcm itkisini bərpa edir.

Fraksional lazer: Dəri səthini yeniləyir, piqment ləkələrini azaldır.

Boyun və çənəaltı bölgəyə prosedurlar: Bu bölgələrdə sallanma artdığı üçün müdaxilə vacibdir.

 

50 yaş və üzəri: Cərrahi və kombinə olunmuş yanaşmalar

Yaş 50-ni keçdikdə dəridə daha ciddi sallanma, dərin qırışlar və sümüklərdə struktur dəyişiklikləri baş verir. Bu mərhələdə təkcə qeyri-cərrahi prosedurlar kifayət etməyə bilər.

Ən uyğun prosedurlar:

Mini facelift və ya tam üz gərmə əməliyyatı: Üz konturlarını yenidən formalaşdırmaq üçün effektivdir.

Boyun və göz qapağı estetikası (blefaroplastika): Göz ətrafındakı yorğun görünüşü aradan qaldırır.

Kombinə olunmuş yanaşmalar: PRP + funksional lazer + dolğu ilə daha kompleks və təbii nəticələr əldə olunur.

 

Hormon balansı və dəstəkləyici terapiyalar: Dərinin ümumi vəziyyətinə təsir göstərir.

 

Nəticə: Hər yaşın öz tələbi var

Estetik prosedurlarda “bir ölçü hamıya uyğun deyil” prinsipi keçərli deyil. Hər yaş dövrü özünəməxsus dəri problemlərini və estetik ehtiyaclarını ortaya çıxarır. Buna görə də düzgün mütəxəssis seçimi və fərdi yanaşma olduqca vacibdir.

Əgər estetik prosedur düşünürsünüzsə, ilk növbədə yaşınıza və dəri vəziyyətinizə uyğun bir plan hazırlamaq üçün həkim-kosmetolqa müraciət edin. Əgər həkim- kosmetoloq tövsiyə edərsə, plastik cərrahla məsləhətləşin.

 

Həkim-kasmetoloq Arzu Rəşidli

(Mütəxəssislə 055 330 93 39 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)




8 şərh “Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

  1. Samirə Eldarova

    Bu yazını oxuyanda, hər yaşın tələbləri barədə daha da yaxşı fikirlərim formalaşdı. Yaşla bağlı dəyişiklikləri düzgün yönləndirmək çox vacibdir. Xüsusilə 40 yaşından sonra prosedurlar daha əhəmiyyətli olur. Uğurlu nəticə üçün düzgün mütəxəssis tapmaq önəmlidir.

    Cavabla
  2. Elnarə

    Təbii ki, hər yaşda dəri tələbləri fərqli olur. Mənim yaşımda artıq dərin qırışlar var və üzümdə sallanma hiss etməyə başlamışam. İndi PRP və fraksional lazer ilə təbii nəticələr əldə etmək istəyirəm. Bu prosedurlar həm də dərini canlandırır.

    Cavabla
  3. Nuranə Sadıqova

    mənim 30 yaşım var və artıq üzümün ətrafında ilk qırışlar görünməyə başlayıb. Düşünürəm ki, bu yazıdan sonra biorevitalizasiya və botoksu mütləq sınamalıyam. Çox sağ olun

    Cavabla
  4. Sənubər Quliyeva

    50 yaşım var və artıq üzümün forması dəyişib. Yəni, üzüm sallanmağa başladı. Mən mini facelift barədə düşünürəm, amma həkimə müraciət etmədən qərar vermək istəmirəm. Boyun və göz qapaqlarına estetik prosedurlar düşünürəm ki, daha gənc və təravətli görünsün. Bu yazı mənə çox yaxşı istiqamət verdi.

    Cavabla
  5. Cəmilə Məhərrəmova

    Cox lazimli movzudur qadinlar ucun. Melumatlariniz ucun minnetdaram Arzu xanim

    Cavabla
  6. Mələk Hüseynova

    Vallah, mən 40 yaşındayam və yazını oxuduqca düşündüm ki, artıq qırışlardan çox narahat olmalıyam. Amma məsləhətlər çox yerindədir, xüsusilə PRP və biorevitalizasiya haqqında. Bu prosedurlar dərini canlandırır, amma ən əsası, həkimin doğru seçim etməsidir.

    Cavabla
  7. Aminə Hüseynli

    Həqiqətən 40-dan sonra dərinin elastikliyi çox azalır və bu zaman düzgün prosedur seçmək çox vacibdi. Məncə, botoks və dolğudan istifadə etmək yaxşı seçim ola bilər, amma hər şey həkimə danışılaraq edilməli.

    Cavabla
  8. Azadə Nəbiyeva

    Arzu xanim melumatlandirdiginiz ucun tesekkur edirem. Her defe maraqli movzuya toxunursunuz.

    Cavabla

Elnarə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir