beyin

Yaşla bağlı demensiyadan necə qorunmaq olar?

Baxış sayı: 314

Alimlər deyirlər ki, demensiyanın qarşısını almaq və ya gecikdirmək olar. Hətta bu vəziyyətə meyilli insanlar demək olar ki, hər yaşda demensiya riskini azalda bilərlər.

Yaşla zehni qabiliyyətlərin pisləşməsinə təsir edən amillər haqqında artıq çox şey məlumdur. Bunlar çox müxtəlifdir: xroniki yuxu çatışmazlığı, koronavirus və hətta bağırsaq infeksiyaları zehinin kəskinliyinə təsir göstərə bilər.

Məlumdur ki, qocalıq demensiyasının inkişaf ehtimalı uşaqlıqdan aşılanmış vərdişlərdən çox təsirlənir. Bura həm fiziki fəaliyyət, həm də sağlam qidalanma kimi amillər daxildir.

Bəs uşaqlıqda psixi sağlamlıqla bağlı “şansı” olmayanlar haqqında nə demək olar? “Sadəcə, taleyi ilə barışmamalıdırlar”,-deyə alimlər bildirirlər. Axı beynimiz yeni şəraitə mükəmməl uyğunlaşır və həyatı boyu ona “yeni fəndlər” öyrətmək heç vaxt gec deyil.

Artıq bunun elmi sübutları var.

Uzunmüddətli tədqiqatın nəticələri hansı fəaliyyət növlərinin ömür boyu demensiyanın inkişaf riskini azaltmağa kömək etdiyini müəyyən edib.

Həyatı boyu psixi sabitliyin formalaşmasını tədqiqatçılar “idrak ehtiyatı” adlandırırlar.

Hətta uşaqlıqdan aşağı intellektli və ya demensiyaya genetik meyilli insanlar belə bu ehtiyatı təhsil, ünsiyyət, iş və və s. ilə toplaya bilərlər.

Tədqiqatda Böyük Britaniyada 1946-cı il təvəllüdlü 1184 nəfər iştirak edib. İştirakçılar səkkiz yaşında ikən və 69 yaşında isə yenidən koqnitiv testlərdən keçdilər.

Bu uzunmüddətli araşdırma yaddaş və təfəkkürün yeni bacarıqlar öyrənərək və dünyanı kəşf etməklə müntəzəm olaraq beyninizə “meydan oxumaqla” həyat boyu öyrədilə biləcəyi ilə bağlı məşhur nəzəriyyəni təsdiqləyir.

İdrak ehtiyatının yaradılmasının uşaqlıq həyat tərzinin və sonrakı həyatda aşağı təhsil səviyyəsinin mənfi təsirlərini kompensasiya edə biləcəyini tapmaq stimulvericidir.

Bu araşdırma vəd edir ki, zehni möhkəmlik bütün həyatımız boyu inkişaf etdirilə bilər və edilməlidir.

Tədqiqat 3 avqust 2022-ci ildə “Neurology” tibbi jurnalında dərc edilib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir