SEVGI

Yay sevgisini ciddi münasibətə çevirməyin 4 yolu

Baxış sayı: 446

Yay digər fəsillərə nisbətən daha çox sosiallaşdığınız bir aydır. İsti hava və günəşli günlərdən zövq almaq hər kəs üçün yaxşıdır. Təbii ki, yayda daha çox insanla tanış olmaq, “flirt” etmək imkanı olur. Hətta bəzi insanlarla ruh əkizi olduğumuzu hiss edib münasibət qururuq.

Ancaq çox vaxt yay sevgisi adlandırılan bu münasibətlər qalıcı olmur. Müvəqqəti olan bu əlaqələr bir neçə ay ərzində bitir. Ancaq bu münasibəti davam etmək tamamilə insanın öz əlindədir

Birlikdə olmaqdan zövq aldığınız yay sevgilərini ciddi bir münasibətə çevirmək mümkündür. Bunun sadə 4 yolu var.

 sevgi

Hislərdən əmin olmaq birinci şərtdir

Qısa müddətlik “flirt” kimi başladığınız əlaqələrinizi ciddi münasibətə çevirməzdən əvvəl hisslərinizi və emosiyalarınızı nəzərdən keçirməlisiniz. Tətildən sonra bu münasibəti nə dərəcədə davam etməsini istəyirsiniz?

Bu səbəbdən qarşınızdakı insana olan hisslərinizdən həqiqətən əmin olmalısınız. Bu işi ciddiyyətə çevirmək istəyib-istəmədiyiniz barədə çox diqqətlə düşünməlisiniz. Əks halda, heç xoşbəxt olmayacağınız bir münasibəti davam etdirmək üçün səy göstərmiş olarsınız.

 

Ortaq dost əhatənizin olması vacib nüanslar arasındadır

Yay sevginizi daimi olaraq qorumağın ən asan yollarından biri ortaq dost əhatəsi yaratmaqdır. Bu hər ikinizin bir araya gəlmə şansını daha da artırır, çox vaxt keçirmə şansınız çoxalır.

Məsələn, ətrafınızdakı insanları görüşmək üçün bəhanə kimi istifadə edə bilərsiniz. Davamlı olaraq ortaq bir mühitdə görüşmək bir-biriniz arasındakı ünsiyyəti gücləndirəcək.

 

Həyatınız haqqında hər şeyi danışmayın

Münasibətinizin başlanğıcında özünüzü tamamilə açıb həyatınızla bağlı bütün detalları danışmaq düzgün deyil. Bu sizə olan marağı azaldacaq. Münasibətinizin davam etməsini istəyirsinizsə, bir az sirli görünmək məsləhətdir.

Zamanla sizi tanıdıqca və darıxdıqca aranızdakı ünsiyyət də artacaq. Yay tətili bitdikdən sonra belə, qarşı tərəf sizə olan marağa görə görüşmək üçün planlar edəcək.

 

Onunla maraqlanın 

Hər kəs bilir ki, yay sevgisi sadə və əyləncəli olmalıdır. Ancaq münasibəti qalıcı etmək qərarına gəlinirsə, marağınızı fərqli şəkildə göstərə bilərsiniz. Onu tanımaq üçün daha çox vaxt sərf edin. Partnyorunuzun problemləri ilə maraqlanın. Ondan həyatı haqqında təfərrüatları bölüşməsini xahiş edin.

Sırf onunla yaxşı vaxt keçirdiyiniz üçün onun yanında olduğunuzu hiss etdirməyin. Onu hər zaman dəstəkləyə biləcəyinizi göstərin. Qarşı tərəfə qulaq asmaqla kömək etməyə çalışmaq onun sizinlə daha çox əlaqə saxlamasına səbəb ola bilər.

Tətildən kənar həyatınız haqqında danışmaq hər ikinizin baxış bucağını dəyişdirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir