geyim

Yay üçün ağ don seçərkən nələrə diqqət etməli?

Baxış sayı: 500

Açıq çalarlar günəş şüalarını əks etdirir və isti gün ərzində özünüzü rahat hiss etməyə imkan verir. Buna görə isti mövsümdə qızların seçimləri arasında ağ donlar daha çox üstünlük təşkil edir. Ancaq qarşınıza çıxan ilk ağ modeli almağa tələsməyin. İldirim sürətli qərar sizə yaraşmaya bilər.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları yay üçün ağ don seçərkən diqqət etməli olduğu məqamlarla tanış edir.

 

Material və rəng tonunda nələrə diqqət etməliyik?

Materialının yüksək keyfiyyətli olması çox vacibdir. Bu geyimin uzun müddətli istifadəsi üçün deyil, səliqəli görünüş üçün vacibdir. Fakt budur ki, açıq parça günəşdə işıq saçır və bu zaman alt geyiminiz görünə bilər. Alt paltarlarının zərifliyinə və populyarlığına baxmayaraq, çətin ki, hamı belə bir “çılpaqlığa” razı olsun. Xüsusilə ofis və görüşlər üçün belə bir tərz heç uyğun deyil. Buna görə də, almazdan əvvəl paltarın “transparan” görünüş yaratamadığından əmin olun və “sirr saxlamaq” qabiliyyətini yoxlayın. Ancaq unutmayın ki, alt paltarlarını da ehtiyatla seçmək lazımdır və qətiyyən ağ almayın. Əgər ağ rəngli sarafan, ətək və istənilən bir geyim almaq və geyinmək istəyirsinizsə, alt paltarını dəri tonunuza yaxın seçin.

Ağdan danışırıqsa, görünüşünüzün xüsusiyyətlərinə də diqqət yetirməlisiniz. Məsələn, soyuq bir dəri tonunuz varsa, ağappaq paltarlara yatırım edin, yox əgər istidirsə, süd və ya krem paltarları axtarın.

 

Necə fason seçməli?

Ağın bədənimizi daha kök göstərdiyinə dair bir stereotip var. Bu qismən doğrudur. Buna görə də, vizual olaraq özünüzü kök göstərməyən ən mükəmməl üslubu seçməlisiniz. Ən təhlükəsiz seçimlər A kəsimli və ya düz modellərdir. Ancaq həcmli detalları da sınaqdan keçirə bilərsiniz – şişkin qollardan və ya aplikasiyalardan çəkinməyin.

 

Ağ paltarda hansı naxışlar daha ideal görünür?

Ağ paltar həqiqətən bir kətana bənzəyir – sadəcə boyamaq və canlandırmaq istəyirsən ki, obraz daha təsirli alınsın. Lakin bütün modellərin belə effektə ehtiyacı yoxdur. Ancaq sadə məhsullar geyinməkdən bezənlər üçün bir neçə vacib qaydanı xatırlatmalıyıq. Birincisi, böyük naxışlardan imtina edin. İkincisi, çox sıx printlərə diqqət etməyin. Unutmayın, nötqə, xal və ya çiçəklər arasındakı məsafə nə qədər böyükdürsə, bir o qədər yaxşıdır.

 

Dekor və aksessuarlar necə olmalıdır?

Dekor ağ paltarı da korlaya bilər. Ağ paltarla diqqətli olmaq lazımdır, məsələ ondadır ki, ağ rəqabətə tab gətirməyən bir rəngdir. Yüngül palitrası minimalizm, səliqə və yığcamlıqla əlaqələndirilir, buna görə də qalın sünbüllər, ziddiyyətli düymələr və digər kobud vurğular belə bir modeldə yaxşı görünməyəcək. Əvəzində həsir şlyapa və çantalar ağ donlarla mükəmməl vəhdət təşkil edəcək. “Havalı” və zərif dekoraya diqqət yetirin – məsələn, lələklər, bəzəkli əl işləri, krujeva və gipür daha ideal variantlar olacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir