yemek

Yemək vərdişiniz sizin haqqınızda nə deyir?

Baxış sayı: 681

Daha enerjili olmağımız üçün yemək yeməyimiz mütləqdir. Gün ərzində bir neçə dəfə təkrarladığımız bu hadisə həm də kefimizə yaxşı təsir edir. Dadlı yemək yedikdə ruhumuz da qidalanır. Bəs görəsən, yemək vərdişlərimiz bizim haqqımızda nə deyir?

Yavaş yemək yeyəngillər

Bu cür yemək yeyənlər bəzən əsəbpozucu ola bilər. Bir restorandasınız, siz yeməyinizi bitirdiniz, ancaq yavaş yemək yeyən hələ də yeyir…

Bu cür insanlar çox vaxt bütün həyatlarını belə yaşayırlar. Onlar heç vaxt tələsmirələr və hər işi həzz alaraq yerinə yetirirlər.

 

Tez yeyəngillər

Bu cür insanlar bir neçə işi birlikdə görənlərdir. Onlar həmişə yarışdadırlar və heç vaxt heç bir işlərinin vaxtını ötürmürlər. Onlar üçün qalib olmaq çox önəmlidir və asan yolları seçməyi sevirlər. Yəni, onlara hər hansı işi verdiyiniz zaman daha rahat yolla və qısa zamanda həmin işi həll edirlər.

 

Seçicigillər

Yeməkdə çox seçən, hər şeyi yeməyən insanlar öz rahatlıqlarına çox düşkün olanlardır. Onlar risk etməyi sevmirlər. Birdən uduzsam?- deyə düşünürlər. Bununla belə yaxşı öyrənmə qabiliyyətləri vardır, sual verməkdən çəkinmirlər.

Boşqabında hər şeyi səhmanla yeyəngillər

Bu cür insanlar çox planlı olurlar. Onlar dağınıqlığı heç sevmirlər. Əgər bir şeylər həyatlarında yolunda getməsə, çox hirsli ola bilərlər. Hər şeyi yenidən planlaşdırıb, yenidən səhmanla edərlər.

 

Hər şeyi qarışdırangillər

Bu cür insanlarla münasibət qurmaq daha rahatdır və daha rahat dil tapmaq olur. Çox sevgi dolu olurlar, ancaq vaxtlarını düzgün bölməkdə çətinlik çəkirlər. Öyrənməyi sevirlər. Bəzən isə çox şeyi qarışdırdıqda sonra çətinliklə qarşılaşa bilərlər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir