BEYIN

Yeniyetmələrin əqli sağlamlığını dəstəkləmək üçün TÖVSİYƏLƏR

Baxış sayı: 457

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) yeniyetmələrin əqli sağlamlığını dəstəkləmək üçün tövsiyələr verib.

Etibarlı ünsiyyət hiss etdiyinizi və düşündüyünüzü başqalarına hörmətlə çatdırmaq bacarığıdır. Bu, yaxşı psixi sağlamlıq yolunda ilk addımdır.

Yeniyetmələrə bütün hallarda onların yanında olduğunuzu xatırladın. Onların yaşadığı duyğuları qəbul etmək və anlamaq vacibdir. Bu kimi hallarda “Başa düşürəm”, “Çətin vəziyyətdir” və ya “Düzdür” kimi cavablardan istifadə edə bilərsiniz. Yeniyetmə övladlarınızın gündəlik rejiminin təyin edilməsi üçün birlikdə çalışın. Onları dərslərə və ev işlərinə fasilə verərək zövq aldıqları işlərlə məşğul olmağa həvəsləndirmək vacibdir. Əgər məyusdurlarsa, üzləşdikləri problem üçün həll yolları tapmağa kömək edilməlidir. Hökm etməyə və ya nə etməli olduqlarını söyləməyə çalışmaq onların gələcək psixoloji vəziyyətlərində problem yarada bilər. Yeniyetmələr üçün nümunəvi davranışlar nümayiş etdirmək lazımdır. Dostları ilə söhbət, birlikdə idmanla məşğul olmaq, musiqi dinləmək tövsiyə edilir. Mütəxəssislər yeniyetmələrdə qürur duyduğunuz məqamların vurğulanmasının vacib olduğunu deyib. Qəzəbli olduğunuz müddətdə hər hansı məsələni müzakirə etməyin. Sizin və yeniyetmə övladınızın həmin məsələni necə həll edə biləcəyinizi düşünmək üçün bir az vaxt ayırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir