afrika

Yol qəzalarına görə birinci yerdədir, çünki…

Baxış sayı: 1. 191

Statistikaya görə, dünyada hər keçən saat ərzində 144 adam avtomobil qəzasında ölür. Ümumilikdə isə yol qəzalarında ildə 1 milyon 250 min adam tələf olur.

Ancaq bu ölümlərin avtomobillərin sayının sıxlığı ilə əlaqəsi yoxdur. Belə ki, dünya avtomobillərinin yalnız 2 faizi Afrikadadır, lakin yol qəzası səbəbindən ölənlərin sayına görə Afrika birinci yerdədir. Bu, Afrika ölkələrində yol hərəkəti mədəniyyətinin, qayda-qanunlarının oturuşmamasından qaynaqlanır.

İnkişaf etmiş ölkələrdə məhz yol mədəniyyətinin hesabına ölüm və xəsarət hallarının sayı minimum həddə endirilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya boyu yol qəzası səbəbindən velisiped sürücüləri və piyadalar arasında ölüm halları 26 faizdən çoxdur ki, bunun 33 faizi Afrikanın payına düşür.

Hesabatda dünyada satılan avtomobillərin 80 faizinin təhlükəsizlik standartlarına uyğun gəlmədiyi də bildirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir