tort

Yüksək kalorili qidalar uzunömürlülüyə mane olur?

Baxış sayı: 774

Çoxları yüksək kalorili qidaların orqanizm üçün faydalı olduğunu düşünür. Amma ABŞ və Çindən olan alimlər, geniş miqyaslı bir araşdırma apararaq, çox yaşamaq üçün yüksək kalorili qidalardan vaz keçməli olduğunu müəyyən ediblər.

Mütəxəssislər, laboratoriyada uzun müddət eyni pəhrizdə saxlanılan siçovulları müşahidə ediblər. Bu pəhrizin 30% kalorisi azalmış norması ilə nəticələri müqayisə ediblər.

Alimlər, böyrək, qaraciyər, aorta, dəri, əzələ və yağ toxuması, sümük iliyi və baş beynin cəmi 170 min hüceyrəsinin analizini aparıblar.

Məlumata görə, bu, laboratoriyada izlənilən gəmiricilərin orqanizmində hüceyrə səviyyəsində dəyişiklikləri qiymətləndirilən ilk araşdırmadır.

Nəticələr göstərib ki, bədənin qocalması zamanı baş verən mənfi hüceyrə dəyişikliklərinin əksəriyyəti yüksək kalorili qidalarla qidalanan heyvanlarda daha sürətlə davam edir. Belə ki, yüksək kalorili qida qəbul edən siçovulların immun sistemi və lipid metabolizması ən çox zərər çəkib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir