YUMURTA

Yumurta haqqında 8 mif

Baxış sayı: 1. 891

Yumurtaya demək olar ki, hər birimizin rasionunda rast gəlinir. Və mütəxəssislər həmişə qeyd edirlər ki, yumurtanın tərkibində zülallar çox olduğu üçün mütləq hər gün bir ədəd də olsa yumurta yemək lazımdır. Eyni zamanda  demək olar ki, yumurta bütün pəhrizlərin menyusunda var.

 

Yumurta qanda xolestrolun miqdarını artırır

30 il əvvəl alimlər qanda xolestrolun əsas mənbəyi kimi yumurtanın olması haqqında məlumatlar vermişdilər. Və demək olar ki, onlar bildirmişdilər ki, həftədə 3-4 yumurtadan artığını yemək olmaz. Doğurdan da, yumurtada xolestrol çoxdur – orta ölçülü yumurtada 213 mg-dır. Gündə 300 mg xolestrol qəbul etmək olar ki, bunu da bir ədəd yumurta təmin edir. Ona görə də artığını yemək zərərlidir. Amma yumurtanın tərkibində xolestroldan da zərərli fosfolipid maddələr var.

 

Yumurta qaraciyərə ziyandır

Bu fikir düzgün deyil. Yumurtanın tərkibindəki fosfolipid maddələr qaraciyərin sağlamlığı üçün xeyirlidir. Onun funksiyası qaraciyəri zəhərli maddələrdən qorumaqdır. Dietoloqlar mayonezli və ya  kərə yağında qızardılmış yumurtanı yeməyi tövsiyyə etmirlər.

 

Yumurta kökəldir, tərkibində kalori çoxdur

İnsan təsəvvür edə bilmir ki, 75 kalorisi olan qida onu necə kökəldə bilər ki?! Yumurtanın sarısında 5 qram yağ olur. Amma ağında isə heç yağ, zülal yoxdur. Yumurtanın əsas hissəsini ağı təşkil edir ki, onda da yağ olmadığı üçün demək olar ki, bütün dietlərin tərkibinə daxildir.

 

Pis həzm olunduğu üçün gecə yumurta yemək olmaz

Bu heç də belə deyil. Gecə yumurta yeyərkən qaynadılmış yumurta yemək lazımdır. Bu qayğanaq və ya  “qlazok”dan daha faydalı və həzm olandır. 3 saat qaynadılmış yumurta mədədə qala bilər. Amma unutmaq olmaz ki, gec nahar insana heç bir sağlamlıq gətirə bilməz.

 

Çiy yumurta kişinin gücünü artırır

Müasir elm bu mifi təkzib edir. Belə ki, yumurtanın tərkibində heç bir güc artıran xüsusi maddə yoxdur. Amma əvəzində xeyirli maddələr və zülallar çoxdur.

 

Daha parlaq sarı – daha çox fayda

Bu belə izah olunur: toyuq nə qədər çox günəş altında yatarsa yumurta sarısının rəngi o qədər parlaq olar. Və hətta toyuğa yumurtasının sarısı parlaq olsun deyə xüsusi qidalar verilir. Eyni maddədən forel və somon balığının rənginin tünd çəhrayı olunması üçün də verilir. Bu maddə kantaksantin adlanır ki, son zamanlar avropalı həkimlər bu maddənin görmə qabiliyyətini pozduğunu açıqlayıblar.

Qəhvəyi qabıqlı yumurta ağ qabıqlıya nisbətən daha dadlıdır

Bu iki qabıq rənginə malik yumurtaların dadında heç bir fərq olmur.

Yumurta tez-tez salmonellosisə səbəb olur

Bu hal çox güman ki, düzgün bişirilmədikdə baş verir. Bərkiməmiş jele kimi bişən yumurta böyük risk yaradır. Qayğanaq bişirərkən onu yaxşı bişirmək lazımdır, baxmayaraq ki, tez bişir. Amma qeyd edək ki, qaynadılmış yumurta daha faydalıdır. Qaynar suda yumurtanın sarısı tam bişir, mayeliliyini itirir və salmonellosis məhv olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir