SOUS

Yumurtanın sarısından sous necə hazırlanır?

Baxış sayı: 540

Tərkibi:

1 kiçik soğan

1 qəhvə fincanı ağ şərab

1 qəhvə fincanı sirkə

2 yumurta sarısı

100 qr kərə yağı

1/2 dəstə cəfəri

duz

 

Hazırlanması:

Soğanı incə incə doğrayaraq kiçik bir qazana qoyun. Şərab və sirkəni əlavə edib bir az qaynadın. Süzgəcdən keçirərək sirkəli şərabı dərin bir qaba tökün və soyumağa qoyun. Qaynatdığınız sirkəli şərabı yaxşıca soyuduqdan sonra yumurta sarıları və bir miqdar duz əlavə edərək çırpın. Qabı, içi su dolu geniş bir boşqabın içinə yerləşdirib (benmari üsulu) orta atəşdə bişirin. Bu vaxt ərzində davamlı çırpmağa davam edin. Kərə yağını kiçik parçalar halında qarışığa əlavə edib çırparaq yaxşıca qarışmasını təmin edin. İncə doğranmış cəfərini əlavə edib qarışdırın. Ət və ya balıq yeməklərinin yanında təqdim edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir