qizil

Yuxuda qızıl görmək nə vəd edir? – “YUXUYOZMA”

Baxış sayı: 407

Yuxu insan orqanizminin dincəldiyi, yenidən enerji topladığı bir prosesdir. Bu proses zamanı insan gün içində yaşadığı stressləri, yorğunluğu bir kənara buraxaraq, enerji yığır. Gün ərzində yaşanılanlar da yuxumuza girir. Ağır gündən sonra dəhşətli, qorxulu yuxular görə bilərik.

 

Yuxuda qızıl görmək nə deməkdir?

Yuxu yozmağı bacaranların fikrincə, yuxuda qızıl görmək zəngin olmağa işarədir. Yuxuda qızıl görmək eyni zamanda qismətin, bəxtin açılması deməkdir. Yuxuda sağ əlinin qızıla çevrildiyini görmək qazancdır. Qızıl, dövlətdən gələcək qazancı və borcun bitəcəyini göstərir. Bəzən isə, yuxuda qızıl görmək yuxu sahibin sevdiyi şəxsə qovuşması ilə yozulur.

 

Yuxuda qızıl tapmaq

Yuxuda qızıl külçə tapdığını görmək, mal itirməyə işarədir. Yuxuda qızılı külçəyə çevrimək də yaxşı yozulmur.

Yuxuda kiminsə sizə böyük qızıl parçası verdiyini görürsünüzsə, yüksək mərtəbəyə çatacağınıza işarədir.

Yuxuda qızıl mədəni tapmaq və yaxud qızıl mədənində işləmək gözəl bir fürsətin yaxınlaşdığına işarədir.

Yuxuda qızıl pul görmək

Yuxuda qızıl pul görmək dedi-qodu kimi yozulur.

Yuxuda qızılla qarışıq gümüş pul görmək, duanın qəbul edilməsinə və xəstəlikdən sağalmaq kimi dəyərləndirlir.

Yuxuda qızıl taxdığını görmək, zülmdən xilas olmağa və var dövlət içində yaşamağa işarədir.

Yuxuda çox sayda qızıl görən şəxs, kiminsə sirrini öyrənəcək.

Yuxuda evinə qızıl daşıyan şəxsin evinə var-dövlət gələcək.

Yuxuda kiminsə qızıldan tac taxdığını görmək, səlahiyyətə sahib olmaq deməkdir.

Yuxuda qızıl boyunbağı məsuliyyətə, qızıldan şəkil görmək sevindirici xəbərə işarədir.

Yuxuda qızıl üzük taxmaq xeyirli bir evliliyə, qızıl tas, çox pul tələb edən bir qadına işarədir.

Yuxuda qızıl qılınc böyüklərdən gələcək mənfəətə, yuxuda qızıl paylamaq borcları ödəmək anlamına gəlir.

Yuxuda qızıl bilərzik taxmaq, miras alacağından xəbər verir. Yuxuda qızıl güzgü, kasıblıqdan sonra gələn var-dövlətə işarədir. Qızıl paltar, düşmənə qalib gələcəyinizdən xəbər verir.

Yuxuda qızıldan ev, yanğına işarədir. Yuxuda qızıl nərdivan, dövlət və bolluğa yozulur.

Yuxuda ölüdən qızıl almaq, zülmdən qurtulmaq kimi qiymətləndirilir.

İki əlində qızıl görmək isə, iş həyatında çətinliyə düşmək deməkdir.

Yuxuda qızıl parçaları və ya qırıntılar görmək faydalı elmə, sadiq dosta və xeyirli həyat yoldaşına işarədir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir