Nermine Abbasova

Zərbə-dalğa terapiyası haqda bilmədikləriniz

Baxış sayı: 593

PROSEDURUN TƏSVİRİ

Zərbə-dalğa terapiyası müasir fizioterapevtik müalicə üsuludur. Bir çox ixtisas həkimləri tərəfindən müalicə üçün uğurla tətbiq olunur. Zərbə-dalğa terapiyası ortopedik xəstəliklərin müalicəsi, travmalar zamanı müalicə üçün özünü xüsusilə yaxşı göstərmişdir. Bu üsul nevroloqlar, uroloqlar, kardioloqlar, kosmetoloqlar tərəfindən də geniş istifadə olunur.

mualice

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Zərbə-dalğa terapiyası ambulator qaydada keçirilir. Pasiyentin problemli nahiyəsinə xüsusi gel vurulur, daha sonra isə bilavasitə olaraq prosedurun özü başlayır. Həkim aparatda zəruri parametrləri təyin edir və manipulyatoru bədəndəki lazım olan nahiyəyə yerləşdirir. Bu zaman hər xəstəlik üçün fərqli olan trigger zonaları nəzərə alınır. Bir seans bir zona üçün 7-10 dəqiqə ərzində davam edir. Adətən, xəstəlikdən və toxumaların zədələnməsi dərəcəsindən asılı olaraq, həftədə 1-2 dəfə keçirilən 3-6 prosedur kifayət edir.

 terapiua

GÖSTƏRİŞLƏR

Onurğa travmasının nəticələriOsteoxondrozFəqərəarası disklərin yırtıqları və protruziyalarıKeçirilmiş insultdan sonra əzələlərin hipertonusuKökcük sindromlarıMiqren və s.

 terapiya

ƏKS GÖSTƏRİŞLƏR

ZDT-nin keçirildiyi zonada yenitörəmələr.İstənilən yerləşməli tromboz.Kəskin infeksion proseslər.Qanın laxtalanma sistemi patologiyası.Hamiləlik.Ürək ritminin pozulmasıZDT-nin keçirildiyi zonada dəri xəstəlikləri.

 terapiya

PROSEDURUN NƏTİCƏLƏRİ

Mexaniki zərbə-dalğa impulsları zədələnmiş toxumalarda bir sıra müsbət proseslərin yaranmasına səbəb olur – kalsium depozitlərinin dağılması və iltihabların çəkilməsi, dartılmış əzələ strukturunun boşaldılması, qan təchizatının yaxşılaşdırılması və toxumaların bərpa edilməsi.

 

Nərminə Abbasova

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt

 dalga terapiya

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir