GUNEBAXAN TUMU

E vitaminli bitki

Baxış sayı: 372

Günəbaxan toxumu qocalma prosesini yavaşlatmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edən sağlam və dadlı qidadır. Rusiyalı diyetoloq Marina Makişa “Rosiya” telekanalında yayımlanan “Ən vacibi haqqında” sağlamlıq şousunda toxumların faydaları haqqında daha ətraflı danışıb.

Toxumlar hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyan güclü antioksidant olan E vitamininin ən zəngin mənbələrindən biridir. Vitamin E dərinin elastikliyini və gəncliyini qoruduğu üçün dəri sağlamlığı üçün də vacibdir.

Selenium toxumlarda olan digər mühüm antioksidantdır. Hüceyrələri zədələnmədən qoruyaraq yaşlanma prosesini ləngidir və dərinin möhkəmliyini və elastikliyini təmin edən kollagen istehsalını təşviq edir. Bu məhsulda, həmçinin qan təzyiqini aşağı salmağa və qan dövranını yaxşılaşdırmağa kömək edən linoleik turşusu və qanda qlükoza səviyyəsinə təsir göstərə bilən xlorogen turşusu şəkərin səviyyəsini idarə etməyə kömək edir. Bu, xüsusilə diabet və ya prediabet xəstələri üçün faydalıdır.

Hesablamalara görə, E vitamini ilə ən zəngin qida günəbaxan tumları hesab edilə bilər.

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir