Yeməyimizə quru meyvələrin əlavə olunması sağlamlığımıza çox müsbət təsiri vardır. Bu da onların tərkibində insan orqanizmi üçün vacib olan komponentlərlə bağlıdır. Elə götürək qurudulmuş əriyi. Əsl şəfa mənbəyidir. Tərkibi A,E,B qrupu vitaminlərlə, eləcə kaliumla zəngindir. Belə ki, onun tərkibini təşkil edən bu komponentlər görmə qabiliyyətini artırır, şəkər xəstəliyinin inkişafını ləngidir, həzm prosesi qaydaya salır, stressin, qan azlığın qarşısını alır, immunetit sistemini gücləndirir. Həmçinin quru əriyin A vitamini dəridə yarana bilən akne probleminə qarşı faydalıdır.
Gavalı qurusunu yemək insanı böyrək, qaraciyər və revmatizm xəstəliyindən qoruyur. Eyni zamanda sümükləri möhkəmləndirir. Çünki onu tərkibi kalium, maqnezium maddələrdən ibarətdir.
Faydalı meyvələrdən biri də respublikamızın hər bölgəsində ən çox inkişaf edən əncirdir. Bu meyvə qurusunun tərkibi minerallar toplusudur. Əgər könlünə fosfor, kalium, dəmir, kalsium, maqnezium maddələri, A və B vitaminlər qrupu düşsə, əncir qurusunda axtar. Dediyimiz komponentlər də enerjinin bərpasına, əzələnin, sinir sisteminin inkişafına olduqca gözəl təsir göstərir.
Ağır zehni yorğunluqdan əziyyət çəkənlər üçün üzün yeməyin faydası böyükdür. Həmçinin onun tərkibi 20-25 faiz qlükozadan ibarət olduğuna görə qanda qısa müddətə mənimsənilir. Üzümün dəmiri də çoxdur. Hər iki komponentin birləşməsi səbəbindən orqanizmdə qan əmələ gəlir, bu da anemiyanın müalicəsinə kömək edir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü