aile budcesi

Ailə büdcəsinə necə qənaət etməli?

Baxış sayı: 752

Necə düşünürsünüz,valideynləriniz yaxşı ev sahibidirmi? Elə də yox? Demək ki, artıq nələrisə dəyişmək zamanıdır. Hər kəs yaxşı ailə sahibi olmaq istəyir.

 

Bəs ailə sahibi nələri bilməlidir?

Əgər ailənin büdcəsi azdırsa, diqqətsiz xərcləmələr çox çətin maliyyə problemlərinə gətirib çıxarır. Buna görə də düşünülməmiş alış-veriş etmək lazım deyil.Ailədə pul çatışmazlığı gərgin ailə münaqişələrinə səbəb olur.

aile budcesi

Bəs ailədə pula necə qənaət etmək və itkilərdən uzaq olmaq olar?

İlk öncə öz ailə büdcənizi hesablamalısınız. Hər bir ailədə illərlə dəyişməyən xərc siyahısı var. Bunlar müxtəlif ödəmələrdir. Bunlara kommunal ödənişlər – mənzil, telefon, işıq, qaz və s.dir. Buraya həmçinin baxça, məktəb, təhsil haqlarını da əlavə etmək mümkündür. Bu zaman sadə hesablama ilə bütün xərclər üzrə borcları qeyd edə bilərsiniz.Ailənin hər bir fərdi üçün gündəlik cib xərclərini də unutmaq lazım deyil. Ailə büdcəsinin ən çox  hissəsi qida məhsullarına xərclənir. Bir çoxumuz əmək haqqımızı alan kimi özümüzə bahalı restoranlarda, kafelərdə zifayətlərə qonaq edirik. Lakin əgər ayın əvvəlində özünüzü belə qonaqlıqlar verdikdən sonra, ayın sonunda çətin vəziyyətdə qalırsınızsa, ən yaxşısı pulunuza qənaət etmək barədə düşünün.

Qənaət ailədə ən başlıca xüsusiyyətlərdən biri olmalıdır. Lakin qənaəti xəsisliklə səhv salmaq olmaz. Ailənin qidalanması tam şəkildə həyata keçirilməlidir və özündə orqanizm üçün vacib elementləri təşkil etməlidir. Əgər maaşınızın ayın sonuna qədər bəs edəcəyinizdən əminsinizsə bahalı, bir o qədər də faydalı məhsulları almağa üstünlük verə bilərsiniz.

AILE BUDCESI

Qənaət etmək üçün əmək haqqını aldığınız andan bir ay ərzində edəcəyiniz bütün xərclərin siyasının tərtib edin. Daha sonra siyahıdan nəticə çıxararaq düzəlişlər edin. Bu planlaşdırılma növbəti ay öz bəhrəsini verməlidir. Yaxşı ailə başçısı olmağı bir günə öyrənmək mümkün deyil. Zamanla bütün daşlar öz yerinə oturacaq. Yetər ki, səbrli olun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir