aile

Anaların haqlı olduğu 10 tövsiyə

Baxış sayı: 1. 534

Böyüdükcə şəxsi təcrübəndən anlayırsan ki, tərəvəzlər çox faydalı qidadır, narahat ayaqqabı isə, hətta xırdalığına qədər düşünülmüş obrazı korlayır. “Gencaile.az” anaların haqlı olduğu və bizim əməl etməli olduğumuz 10 məsləhəti təqdim edir:

 

“Kosmetika nə qədər az olsa, o qədər gözəl və təbii görünərsən!”: Makiyaj etməyə icazə verilən yaşa çatdıqdan sonra analar dəri gözəlliyimizin qeydinə qalmaq üçün mümkün qədər az makiyaj etməyi təkid edirdilər. Yatmazdan əvvəl makiyajı silməyi unutmamağı və tonal kremin həddini aşmamağı tövsiyə edirdilər. Bəli, onlar haqlı çıxdılar. İndi sən 18 yaşında çəkdiyin makiyajdan 2 dəfə az makiyaj edirsən və əla görünürsən.

 

“Həyatında hələ gözəl şeylər çox olacaq!”: İlk sevginin uğursuzluğunu yaşayanda necə məyus olduğun və bütün gün ağladığın yadına gəlir? Halbuki, ananın verdiyi o məsləhətlər səni qıcıqlandırırdı. “Sənə elə gəlir ki, bu həqiqi hislərdir. Əslində isə hər şey tezliklə ötüb-keçəcək”. Bir müddət keçəndən sonra sən əsl sevginin nə olduğunu və sənə dəyər verməyən insanı sevməyin mümkün olmadığını anlamağa başlayırsan.

 

“Qaşlarına əl vurma!” Gənc yaşda bütün qızlar dəyişməyə böyük həvəs göstərirlər. Buna görə də, ilk növbədə qaşlarını almağa başlayırlar. Vaxtında ananızın verdiyi məsləhətə qulaq asmısınızsa, sizi təbrik edirik. Çünki bu mövsüm qalın qaşlar çox dəbdədir.

 

“Tənbəl olma, səhərlər idman etmək lazımdır”. Anaların bu gözəl məsləhətinə əməl edərək idman etmək vərdişini özündə hələ də qoruyan xanımlar çox gec xəstələnir və sağlam olurlar. Bundan başqa, qaməti də gözəl olur və kürək ağrılardan daha az şikayətlənirlər.

Image result for valideyn

“Bir”, üç” – bu, hələ dünyanın sonu deyil”. Bəlkə də məktəbdə iki alan şagirdlərdən biri sənin işlədiyin şirkətdə ən yaxşı vəzifələrdən birini tutur. Qiymət heç də hər zaman hər şeyi həll etmir və onun seçdiyi peşəyə təsir göstərmir.

 

“Əgər sən onun həqiqətən də xoşuna gəlirsənsə, bunu özü sənə hiss etdirəcək!” Analar qızlarına oğlan dalınca qaçmamağı, gecələr sizə dəyər verməyən oğlanlardan mesajlar gözləməməyi tövsiyə edir. Bu dərslərə həyat təcrübəsi böyük yardım edir.

 

“Günəşli havada mütləq SPF tərkibli krem çək və eynək tax!” 16 yaşında qırışlar haqqında düşünmək istəmirik. Amma günəş şüalarının mənfi təsirlərini biləndən sonra ananın verdiyi məsləhətlərə əməl etsən, sən 30 yaşında da qırışlar haqqında düşünməyəcəksən.

 

“Pəhrizlərlə məşğul olmağı dayandır!” Orqanizm yeniyetmə yaşlarda formalaşdığı üçün onun çoxlu vitamin və minerallara ehtiyacı var. Əgər anan sənə vaxtında sağlam qidalanmanın yollarını izah edə bilibsə, indi sən ideal və zərif formada olmalısan.

 

“Sən mənim qızımsa, səni olduğun kimi sevirəm!” Bu sözlər hər şeydən daha qiymətlidir. Çünki analar bizi öyrədir ki, insanı gərək nəyəsə görə deyil, sadəcə olaraq, biz özümüz mövcud olduğumuz üçün sevmək lazımdır.

 

Anaların ən çox işlətdiyi ifadələr: Hər bir ana öz övladını xoşbəxt və sağlam görmək istəyir. Məhz bunun üçün o övladının həm evdə, həm də evdən kənardakı davranışına göz qoyur. Bəzən də eyni sözlərdən istifadə etməkdən çəkinmir. Sizə anaların ən çox işlətdiyi sözləri təqdim edirik:

Tərli-tərli su içmə!

Bir özünə fikir ver!

Həmişə öz bildiyini edirsən.

Tanımadığın adamların avtomobilinə minmə!

Daşın üstündə oturma qarının ağrıyar!

Biz evdə olmayanda qapını heç kəsə açma!

Mən anayam hiss edirəm!

Sənin yaşında bütün evi mən yığışdırırdım!

Hamıya güvənmə!

Hər sirini gəl mənə de!

O yeməyi yeməsən, arxanca ağlayar!

Saat 12 olmadan evdə ol!

Makiyajını təmizlə, artıq mikrob qazanacaqsan!

Mən sənin yaxşılığını düşünürəm!

Mənimlə hər sirrini paylaşa bilərsən!

Səni hər halınla sevə biləcək tək adam bizik…Valideynlərin!

Yenə corab geyinməmisən?

Xəstələnəcəksən.

Artıq uşaq deyilsən.

Hələ uşaqsan sən.

Bu dostun kimdir, biz tanıyırıq?

Bütün günü bir yerdəsiniz, telefonda nə danışırsınız?

Bir gün uşağın olanda məni başa düşərsən.

O nə etsə səndə onu etməlisən?

Kürəyinə bir şey at üşüyəcəksən.

Saçlarını qurutmasan xəstələnəcəksən.

Qalx oradan balam, yatıb qalacaqsan, get yerinə.

Çatanda mənə xəbər elə heç olmasa, narahat qalmayım.

Bəsdir! Gəl evə! Səhərdən çöldəsən!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir