Günümüzdə depressiya dünya üzrə milyonlarla insana təsir edən geniş yayılmış və ciddi bir ruhi sağlamlıq problemi kimi qarşıya çıxır. Bir çox insan depressiyanı yalnız kədər, melanxoliya və qayğının azalması ilə əlaqələndirir, amma bu mürəkkəb vəziyyətin daha az tanınan simptomları da mövcuddur. Xüsusilə, depressiyanın “maskalı” formalarından biri olan aşırı xoşbəxtlik və coşqu halı bir çox insan tərəfindən gec aşkarlana bilər.
Uzman Klinik Psixoloq Yunus Emre Yıldız bu mövzu ilə bağlı əhəmiyyətli məlumatlar təqdim edib.
“Maskalı depressiya”
Depressiyanın yalnızca kədər və ümidizliklə məhdudlaşmadığı, bəzən insanın özünü məcburən xoşbəxt və enerjik göstərməsi vəziyyətində də ortaya çıxa biləcəyi əhəmiyyətli bir həqiqətdir.
“Maskalı depressiya” olaraq adlandırılan bu vəziyyət, insanın daxili sıxıntılarını və emosional ağrılarını gizləyərək, xaricə qarşı saxta bir xoşbəxtlik maskası taxması ilə xarakterizə olunur.
Bu növ depressiya, insanın real emosional vəziyyətini anlamağı çətinləşdirə bilər və buna görə də lazım olan yardımı almasını maneə törədə bilər.
Sosial medianın təsiri…
Depressiyanın mürəkkəb quruluşu onu diaqnoz etməyi və müalicə etməyi çətinləşdirə bilər.
Bir çox insan, özlərini yaxşı hiss etmədiklərində belə, sosial norma və gözləntilərə uyğun olmaq üçün xoşbəxt görünməyə çalışır. Bu vəziyyət, xüsusilə sosial medianın təsiri ilə daha da artmaqdadır.
İnsanlar, daim xoşbəxt və uğurlu görünmənin bir mütləqlik olduğu bir dünyada daxili münaqişələrini və ağrılarını gizləmək məcburiyyətində qala bilərlər.
Uzman Klinik Psikolog Yunus Emre Yıldız qeyd edib ki, depressiyanın anlaşılması və düzgün şəkildə ələ alınması, fərdlərin sağlam bir ömür sürə bilməsi üçün həyati əhəmiyyət kəsb edir.
Hansı hallar depressiyanı oyandırır?
Depressiyanın dəqiq səbəbi tam olaraq bilinməsə də, bir sıra faktorlar bu vəziyyəti oyandıra bilər:
Genetik faktorlar: Ailədə depressiya tarixçəsi olan şəxslərdə risk daha yüksəkdir.
Biokimyəvi faktorlar: Beyindəki kimyəvi qeyri-bərabərliklər depressiya ilə əlaqəlidir.
Ətraf mühit faktorları: Travma, stres, itki, münasibət problemləri və işsizlik kimi vəziyyətlər depressiya riskini artıra bilər.
Psixoloji faktorlar: Xüsusilə aşağı özgüvən, özünə qarşı yüksək tələbkarlıq və tənqidçilik depressiyanın inkişafında rol oynaya bilər.
Müalicəsi necə aparılır?
Depressiyanın müalicəsi tez-tez psixoterapiya, dərman müalicəsi və ya hər ikisinin birləşməsini əhatə edir:
Psixoterapiya: Bilişsel davranış terapiyası kimi terapiyalar düşüncə tərzini dəyişdirməyə kömək edə bilər.
Dərmanla müalicə: Antidepresantlar beynin kimyəvi balansını düzəltməyə kömək edir.
Digər müalicə üsulları: Fiziki məşq, sağlam qidalanma, müntəzəm yuxu və stresin idarə edilməsi üsulları müalicə prosesində mühüm rol oynayır.
Nigar Orucova