Qerenfil Nezerova

Bir yaşına kimi uşaqlarda nitqin mərhələləri

Baxış sayı: 403

Bütün uşaqlarda ilk olaraq nitqin başa düşülməsi prosesi başlayır və sonra isə nitq inkişaf edir. Uşaq doğulduqdan sonra onda səs: qışqırma, ağlama meydana gəlir. Bu səslər danışıqdan fərqli olsa da, nitq aparatının (nəfəs,  səs və artikulyar aparatının) inkişafına kömək edir. Doğulduqdan 2 həftə sonra uşaq səslərə danışana reaksiya verməli, ağlamağı kəsməli , qulaq asmalı, səs gələn tərəfə başını çevirməlidir.

1 ayın tamamında isə uşaq ona oxunan lay-layla sakitləşir.  Danışana baxır, gözü ilə onu izləyir.  2 ayında qığıldama yaranır və 3 ayında hecalarla səslənmə başlayır. Bu qeyri müəyyən səslərdir. 5 ayında isə uşaq səsləri eşidib böyüklərin artikulyasiyasına uyğun yamsılamağa çalışır.  6 ayında uşaq yamsılama ilə ayrı-ayrı  hecaları təkrar edir.  (ma-ma , ba-ba , də-də, qa-qa )

7-9 ayında uşaq artıq böyüklərlə müxtəlif  və çoxlu səs birləşməsini yamsılayır.  10-11 ayında artıq sözlərə reaksiya yaranır.  Bu zaman nitq mühitinin onun nitqinin formalaşmasına çox böyük təsiri olur. 1 yaşında artıq uşaq ilk sözləri deməyə başlayır.

 

Loqoped Qərənfil Nəzərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir