Qerenfil Nezerova

Kəkələmə zamanı nə edək? – LOQOPED YAZIR

Baxış sayı: 485

Kəkələmə qorxu ilə ortaya çıxan bir prablemdir. Həm uşaqlarda, həm də böyüklərdə kəkələməyə nəzarət etmək mümkündür ki, problemi olan insanların bu mövzuda mütəxəssislərdən kömək alması vacibdir.

İlk öncə terapiya kəkələyən şəxsin 15 gün susması və ya həddindən artıq yavaş danışması ilə başlayır. Kəkələmə zamanı asan və uzadılmış nitqdən istifadə olunur. Daha çox nəfəs məşqlərindən istifadə edilməlidir. Ən çətin və əziyyətli olanı isə seans  zamanı qazanılan vərdişlərin gündəlik  həyata daşınmasıdır. Problemlə qarşılaşdığınız zaman hələ yenidir, keçsin, düzələr deyib gecikdirmək heç də sizin xeyrinizə deyil.

loqoped

Kəkələmə zamanı 3 mütəxəssis (loqoped, psixoloq və nevropatoloq) bir arada işləməlidir.  Seanslar zamanı bunlardan biri olmadıqda   qısa müddətdə yaxşılaşma olsa belə, zamanla kəkələmənin əlamətləri yenidən ortaya çıxacaqdır.

 

Loqoped Qərənfil Nəzərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir