bel-agrisi

Bu ağrılar barədə yanlış bildiklərimiz

Baxış sayı: 959

Bel ağrılarına uzun müddətli oturaq işlərdə çalışan, düzgün əyləşməyən, yükləri düzgün şəkildə götürməyən şəxslərdə daha çox rast gəlinir.

Bu barədə Türkiyə mediasına fizioterapiya və reabilitasiya uzmanı Yıldız Erdoğanoğlu bildirir.

Onun sözlərinə görə, adətən dörd nəfərdən üçü nə zamansa bel ağrısı yaşayır və bu şəxslərin çoxunda ağrı xroniki olur. Mütəxəssis, bel ağrıları ilə bağlı xalq arasında yanlış olaraq bilinən bir çox məqamın olduğunu deyib və onları belə sıralayıb:

Adətən hesab olunur ki,bel ağrılarının əsas səbəblərindən biri yeyilmiş fəqərələr və fəqərələr arası disk yırtıqlarıdır.Bu, yanlışdır. Çox yüngül şəkildə başlayan ağrı əzələ gərginliyi, düzgün olmayan hər hansı bir hərəkətlə bağlı da ortaya çıxır.

Bel bölgəsində beş fəqərə var, onlar əzələ, oynaqlar, qığırdaqlar, vasitəsilə bir-birinə birləşir. Fəqərələrin arasında isə disklər var, həmin disklər həm onurğanı dik tutur, həm hərəkətliliyə, həm də təzyiqə qarşı müqavimət göstərməyə yardım edir. Fəqərə və disklər bədənin çox stabil hissələri sayılır və adətən yuxarı yaşlara qədər sıradan çıxmırlar.

Ağrının başqa səbəbi disklərin yerdəyişməsi, onların arasından keçən sinirlərin sıxılması, düzgün olmayan duruş, hərəkət alışqanlıqları da ola bilər.

Bel ağrısı yaranıbsa, o zaman hərəkət etmək olmaz.

Adətən ciddi bir səbəblə bağlı olmayan ağrılar qısa müddətli yataq rejimində istirahət edəndən sonra keçir. Amma bu, bütün bel ağrılarına aid deyil. Bel ağrısının əsas səbəblərindən biri əslində elə hərəkətsizlikdir.

Onurğa arası disklər su və qidalı maddələrə olan ehtiyacını fiziki aktivlik zamanı təmin edir. Ona görə də hərəkət etmək daha faydalı sayılır, nəinki yataq rejimində olmaq.

Bir çoxları hesab edir ki,ayaq üstə durmaq onurğa üçün ziyanlıdır. Ona görə də bel ağrıları yarananda ayaq üstə durmağa yox, hərəkətə yox, oturmağa üstünlük verirlər. Bu, yanlışdır. Dik duran zaman disklərə düşən 100 faizlik təzyiq oturan zaman 140 faizə yüksəlir.

BEL

Bərk yataqlar belə xeyirlidir.Buyanaşma da yanlışdır.

Əslində sərt, bərk yataqlar yuxu zamanı bel bölgəsinin boşluqda qalmasına və əzələ gərginliyinə yol açır. Eləcə də çox yumşaq yataqlar da bel, kürək üçün faydalı sayılmır. Yataq orta dərəcəli bərklikdə olmalıdır.

bel agrisi

Qış mövsümü və soyuq havalar bel ağrıları artırır

Qışda çoxlu sayda insanda bel ağrısı yaranır, amma buna soyuq hava səbəb olmur. Əslində bu, qışda hərəkətliyin az olması, açıq havada az olmaq, qışda oturaq həyat tərzinin daha çox olduğundan irəli gəlir.

Yanlış hesab olunan daha bir məqam isəbel ağrılarının ancaq yaşlı insanlarda rast gəlinməsidir.Aparılan araşdırmalara görə, 14-29 yaş arasında olanların 60 faizində bel ağrısına rast gəlinir.

Bunun səbəbi isə sənayeləşmə və texnologiyaların inkişafı, yenə də yanlış duruş, oturmaq, ağırlıq qaldırma ilə bağlıdır. Ona görə də 30 yaşında və yaxud da daha tez bir dövrdə bel ağrısı yaranması, bel yırtığının olması ehtimalı artıq nadir hal sayılmır.

Mütəxəssis onu da bildirib ki, çox yükləmələri olan, təktərəfli idman hərəkətləri etmək onurğaya, belə ziyanlıdır. Tennis, qolf kimi idman növlərini buraya aid etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir