BOYUNBAGI

Bu payız çoxlu boyunbağı taxmaq dəbdədir – FOTOLAR

Baxış sayı: 184

Asma boyunbağılar və ya zəncir kolyelər bu mövsüm komplekt şəklində xüsusilə aktualdır. Bütün yay boyu modapərəstlərin boynundan çıxmayan boyunbağılar payız aylarında da dəbdə olmağa davam edəcək. Dondurucu soyuqlar hələ düşməyib, hava imkan verir ki, şərf olmadan küçəyə çıxaq. Odur ki, bu fürsətdən istifadə edin və öz sevdiyiniz bəzək əşyalarını nümayiş etdirin.

Məsələn, fəşn blogerlərdən ilham alaraq bir neçə nazik kolyeni asma boyunbağı ilə birlikdə taxıb payız dəstini zənginləşdirmək olar. Küçə stili xronikalarının qəhrəmanları kulonu qəpik pulları xatırladan kolyeləri və barokko mirvariləri bir-biri ilə uzlaşdıraraq effektli obraz yaradır.

Boyunbağıları bir neçə düymələri açıq, kişi köynəyi, hətta idman geyimləri ilə geymək olar. Üstünlük ondadır ki, burada heç bir qayda yoxdur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir