BENZIN

Bunları etsəniz, maşınınız benzini su kimi içməyəcək…

Baxış sayı: 1. 551

Azərbaycanda sürücülər üçün ən kritik məsələlərdən biri, təbii ki, benzin qiymətinin tez-tez qalxmasıdır. Amma benzinin bahalaşması təkcə maşını olanlar üçün dərd deyil. Maşını olmayanlar da bunun gündəlik ərzaq mallarının qiymətinə təsir edəcəyi, ümumən isə bahalaşmaya rəvac verəcəyi qənaətindədir. Bununla belə, problem varsa, ondan çıxış yolları da var.

Mövzunun aktuallığını nəzərə alıb, benzinə qənaət etmənin üsulları barədə internetdə kiçik bir gəzişmə etdik. Bu sual tez-tez müzakirə olunduğu üçün benzinə qənaət üsulları barədə də ilginc üsullar var. Onlara göz yetirək.

Elə məsləhətlər var ki, ona gün ərzində riayət etməklə yanacaq sərfiyyatına 40 faiz qənaət etmək mümkün olur. Məsələn, bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər.

 

Əyləci tez-tez basmaq olmaz

Yanacaq sərfi avtomobil tıxacda olduğu zaman artır. Ancaq sürücülər belə vəziyyətdə də qənaət edə bilərlər. Bunun üçün qarşıdakı avtomobillə ara məsafəsini elə saxlamaq lazımdır ki, tez-tez əyləci sıxmağa ehtiyac qalmasın. Sürəti tədricən azaltmaq və tədricən artırmaq lazımdır.

Yanacağa qənaət etməyin digər bir yolu avtomobilin hava süzgəclərini təmiz saxlamaqdır. Kondisionerdən istifadə də maşının yanacaq sərfinə təsir göstərir. Kondisioner işlətmək yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır. Təbii ki, ondan tam imtina etmək də doğru deyil. Amma gün ərzində ondan istifadəni azaltsanız, xeyli qənaət etmiş olacaqsız.

Bundan başqa, avtomobilin sürət həddini aşmayaraq idarə etmək lazımdır. Mütəxəssislər məsləhət görür ki, sürücülər maşını kəskin manevr etməyərək sürsünlər. Bu halda benzin daha az sərf olunur.

 

Tıxaca girməyin və maşını yükləməyin

Qısa məsafələr üçün avtomobildən istifadə etməmək də çıxış yollarından biridir. Günümüz insanı maşına əcaib şəkildə öyrəşir. Hətta o qədər ki, evinin yanındakı marketə belə ayaqla getmək istəmir. Bunu aradan qaldırmaq lazımdır.

Günün qaynar saatlarında maşından istifadəni minimum endirmək ən uğurlu çıxış yollarından biridir. Bir səhərlər işə gedəndə, bir də axşam işdən qayıdanda bu problemlə üzləşə bilərsiniz. Bu da maşının benzininə xeyli dərəcədə ziyandır. Mütəxəssislər deyir ki, belə situasiyalara düşməmək üçün tıxaclardan xəbər verən radio və naviqatorlardan istifadə etmək məsləhətdir.

Xüsusi bir qrup avtomobil istifadəçisi də var ki, avtomobilinin üzərində əlavə, lazımsız yüklər daşıyır. Tənbəllikdən imtina edin və avtomobilinizin üzərinə və yük yerinə nəzər yetirməyi ləngitməyin.

 

Yağın və təkərin keyfiyyətlisi, şinlərdə uyğun təzyiq

Avtomobilin normadan artıq yüklənməsi ilə yanaşı, təkərlərə diqqət də sizə qənaət etməyə imkan verir. Belə ki, avtomobilinizin şinlərində məsləhət görülən təzyiqdən artıq və ya az olmasına nəzarət edin. Şinlərdə təzyiqin uyğunsuzluğu maşının mühərrikinə mənfi təsir edir. Şinlərə nəzarət isə sizə 5%-lik yanacaq qənaətinə imkan verəcək.

Avtomobilinizin lazımi texniki vəziyyətininə nəzarət edin. Saz avtomobiliniz sizi yalnız öz etibarlılığıyla sevindirməyəcək, həm də əlverişlilik kimi bonus hədiyyələr edəcək.

Yalnız yaxşı yağlardan istifadə edin və müxtəlif “super” yağlara etibar etməyin. Avtoistehsalçının və ya ustanın məsləhətinə qulaq asın. Keyfiyyətli yağdan istifadə edin. Çünki ucuz yağ avtomobili məhv edir. Normal yağdan istifadə etməklə sürücülər təkcə benzinə qənaət etmir. Eyni zamanda mühərrikin əsaslı təmir riskindən də sığortalanırlar.

İlk olaraq avtomobilin sürət həddini aşmayaraq idarə etmək lazımdır. Eyni zamanda, maşını idman üslubunda yəni, yerdən yarışa başlarcasına, həmçinin kəskin manevr etməyərək sürmək lazımdır. İşıqforda dayanan bahalı xarici avtomobili ötməmək də sizə 10%-dən 30%-ə qədər yanacağa qənaət etməyə imkan verəcək.

Avtomobildə kondisionerdən istifadəni minimallaşdırın. Bu ilk baxışdan komfort hissinin yaradacağı kimi görsənsə də əhəmiyyətli dərəcədə yanacaq israfına səbəb olur. Kondisionerdən tamamilə imtina etmək lazım deyil. Vaxtaşırı istifadə etmək daha məqsədə uyğundur.

Avtomobilin normadan artıq yüklənməsi də yanacağın sərfiyyatını artırır. Eyni zamanda, təkərlərə diqqət də sizə qənaət etməyə imkan verir. Belə ki, avtomobilinizin şinlərində məsləhət görülən təzyiqdən artıq və ya az olmasına nəzarət edin. Şinlərdə təzyiqin uyğunsuzluğu maşının mühərrikinə mənfi təsir edir. Şinlərə nəzarət isə sizə 5%-lik yanacaq qənaətinə imkan verəcək.

Avtomobilinizin lazımi texniki vəziyyətinə nəzarət edin. Saz avtomobiliniz sizi yalnız öz etibarlılığıyla sevindirməyəcək, həm də əlverişlilik kimi bonus hədiyyələr edəcək.

Yalnız yaxşı yağlardan istifadə edin və müxtəlif “super” yağlara etibar etməyin. Avtoistehsalçının və ya ustanın məsləhətinə qulaq asın. Keyfiyyətli yağdan istifadə edin. Çünki ucuz yağ avtomobilinin “ürəyi”ni məhv edir. Bununla da siz nəinki benzin qənaəti edəcəksiniz, eyni zamanda, mühərrikin əsaslı təmir riskindən sığorta olunacaqsınız.

 

Soyuq mühərrik, kölgəli məkan və yanlış basılan əyləc

Avtostop.az isə bu üsulların daha effektiv olanlarını sıralayıb. Nəqliyyat sahəsi üzrə ixtisaslaşmış saytın ekspertləri bir çox sürücülərin ağlına gəlməyən qənaət üsulları barədə məlumat verib. Ortaya daha ilginc bir tablo çıxıb.

İlk olaraq evdən çıxmazdan öncə marşrutunuzu müəyyənləşdirin. Necə, hara və hansı yolla gedəcəksiniz. Təcrübəli sürücülərin hər zaman 1 marşrut yox, ən azı 2 marşrutda alternativ yolu var. Unutmayın: bir yolla gedib tıxacda qaldığın zaman daha çox yanacaq sərf edəcəksiniz. Çünki, avtomobil dayanmış halda daha çox yanacaq sərf edir.

Lazım olmadığı zaman elektrik avadanlıqlarını söndürün. Məsələn: qış aylarında avtomobilin içərisi lazımi miqdarda isindikdə istilik sistemini söndürün.

Təkərlərdə düzgün təzyiqi saxlayın. Bəzən bizim sürücülər “yumşaq” olsun deyə avtomobilin banında göstərilmiş təzyiqləri aşağı salırlar. Adətən bu 2.0 bar olur. İkinci səhv- bunu vulkanizasiyalarda qızmış təkərlərdə edirlər. Avtomobilin təzyiqi hərəkətə başlamazdan öncə ölçülməli və vurulmalıdır. Qızmış təkərlərdəki təzyiq düzgün deyil. Çünki qızanda hava həcmi artır. Və avtomobilin banında olan rəqəmlərə diqqət edin. Yüklənmiş, az yüklənmiş, qoşqulu halda təzyiqlər dəyişə bilər. İstehsalçının qoyduğu normalara uyğun hava vurun. Bunun üçün portativ elektrikli nasoslardan istifadə edin.

Ehtiyac olmadan əyləcdən istifadə etməyin. Mühərrik hesabına tormozlayın. Məsələn, qarşıdakı avtomobillə ara məsafəsini düzgün saxlayın, o tormozlamağa başladıqda ayağaınızı qazdan çəkin. Avtomobil mühərrik hesabına yavaşlayacaq. Daha sonra siz son dayanma lazım olarsa yüngülcə əyləci basın.

Vaxtlı-vaxtında hava filteri və alışdırma şamlarını dəyişdirin. Bu ümumiyyətlə ən lazımi məqamlardandır. Bəzən sürücülər servislərdə təqdim edilən dövri texniki yoxlanışlardan vaz keçirlər. Və ya servisin təklif etdiyi dəyişdirmə intervalını “bizi soyurlar” deyə qiymətləndirərək, ciblərinə ziyan vurular. Onsuzda servisdə deyil yanacaqda bu xərc sizdən çıxacaq. Avtomobil tam sıradan çıxmamış vaxtı-vaxtında dövrü texniki baxış etdirin. Dövrü texniki baxış haqqında buradan oxuya bilərsiniz.

Avtomobili park vzəiyyətində işlək vəziyyətdə saxlamayın. Bir çox sürücülərdə bu xasiyyət vardır. Avtomobili duracaq yerində işlək vəziyyətdə saxlamaq. Kimisə gözləyəndə mühərrik işləyə-işləyə həmin şəxsi gözləmək və s. Avtomobil durmuş şəkildə daha çox yanacaq sərf edir. Kimisə gözləyəndə mühərriki söndürün. Həm yanacağa qənaət edin, həm də ekologiyaya ziyan vurmayın.

Avtomobili yerindən çox sürətlə götürməyin. Ehmalca yerindən tərpənmək lazımdır. Ayağınızı əyləcdən çəkirsiniz, avtomobil öz gücünə hərəkətə başlayır və yüngülcə qazı basırsınız. Yenicə hərəkətə başlayan zaman ümumiyyətlə mühərrik ilk 5 dəqiqə ərzində qızana qədər yüksək dövürlərə qalxmayın.

Yoxuşlarda asta sürətdən çəkinin. İlk baxışdan bu təklif qənaətə bənzəmir. Amma əslində yoxuşları sürətli qalxasanız yanacağa qənaət etmiş olacaqsınız. Bəli, əgər siz yoxuşa yaxınlaşsanız daha yuxarı dövrülər başlayacaq və bu yanacağı sərf edəcək. Lakin sizə yoxuşa qədər, optimal lazım olan sürəti yığsanız, avtomobilin mühərriki əlavə gücə düşməyəcək.

Bu üsulun ilk testini məşhur “Popularmechanics” jurnalı edib. Və hesabalamalara əsasən 15 saniyə ərzində lazımi sürəti yığıb yoxuşa qalxarsınızsa, siz yanacağa qənaət etmiş olacaqsınız. Lakin siz asta sürətlə gəlib yoxuşa qalxanda daha çox sürət yığsanız sizin sürətlənməniz gec olacaq və bu zaman yanacaq sərfiyyatı da artmış olacaq.

Sola dönməyin. Əgər mənə sol lazımdırsa? Ondansa haradansa başqa yerdən dönməni edin. Niyə? Yadınızdadır, dayanan zaman daha çox yanacaq sərf edilir. Siz sola dönəndə mütləq qarşıdan gələni gözləməlisiniz, bəzən bu manevr iki dəfəyə alınır, geriyə və irəli verilməklə, bəzən isə svetoforda dayanıb sola dönməni uzunmüddət gözləyirsiniz. Bax bu yanacaq sərfiyyatına da təsir göstərir.

Parkinqlərin giriş və çıxılarında saxlamağa yer axtarmayın. Ondansa daha alt mərtəbələrə düşün və dərhal yer tapacaqsınız. Asta sürətlə,dayana-dayana yer axtaranda sizin yanacaq sərfiyyatınız artır. Onsuz da qapılara yaxın yerdə, demək olar ki, boş yer yalnız gecələr ola bilər. Tənbəllik etməyin, avtomobilinizi alt mərtəbədə saxlayıb bir az ayaqla gəzin.

İrəli baxın. Sürücülərimizin əslində ən böyük problemi məhz budur. Biz maksimum qarşımızdakı avtomobilə baxırıq. Lakin əsl sürücü 3-4 maşın irəli görməni bacarmalıdır. Bu zaman siz situasiyadan asılı olaraq yanacağa qənaət etmiş olacaqsınız. Məsələn, yolayrıcına 4 maşın qalmış qırmızı işığın yandığını görürsünüz. Svetofora qədər qazla getməyin mənası nədir? Ayağınızı qazdan çəkin. Həm nəzarət olunan ətalətlə hərəkət edin, həm də qənaət edin. Svetoforda siz çatana qədər yaşıl yanarsa, öz axıcı sürətinizlə yolayrıcına daxil olun. Yolayrıcından çılıxan zaman yüngülcə qaz verə bilərsiniz. Axının sürətindən aşağı sürətə düşməyəsiniz deyə.

Sol zolaqla getməyin. Bilirsiz də, qanun sağ zolaq boş olduqda sol zolağı tutmamağı tövsiyə edir. Həmçinin avtomagistrallarda və avtomobil yolu nişanlanmış yollarda sol zolağı tutmaq ümumiyyətlə qadağandır. Bəs bunun qənaətə nə dəxli? Dəxili var. Bu qaydaları pozanlar harada gedəcəklər? Əlbəttə ki, sol zolaqda. Bu sol zolaqda gedənlərər görə nə edəcəksiniz? Əyləci lazımsız yerə basacaqsınız. Daha sonra yenə sürətlənmək üçün qaz verəcəksiniz. Bu zaman nə edəcəksiniz? Nəzərdə tutulandan daha çox yanacaq sərf edəcəksiniz. Bu da sizə sol zolağı tutmamaq üçün səbəb.

Maşını kölgədə saxlayın. Yanacaq buxarlanır. Hətta çən də olsa belə. Buxarlanmanın intensivliyi temperaturdan asılıdır. Yay və qış fərq etməz, gün işığı altında saxlamayın. İlk olaraq gün işığı avtomobilin rəngini soldurur, ikincisi buxarlanmanı intensivləşdirir. Düzdür, fantastik həddə buxarlanma olmayacaq, lakin qənaət etmiş olarsınız.

Soyuq mühərriklə yuxarı dövrlərdə sürməyin. Sürücülərimizin bir çoxları soyuq havalarda avtomobili dayanmış şəkildə “qızdırırlar”. Lakin mühərrik qızır, amma digər mayelər yox. Bu zaman siz artıq guya qızmış mühərriklə avtomobili sürəndə yanacağın sərfini artırmış olursunuz. Əslində isə avtomobili işə salıb, ilk 5 dəqiqə ərzində aşağı dövürlərlə idarə etsəniz, siz həm yancağa qənaət edərsiniz, həm də avtomobilin bütün hissələrinin qızmasını təmin etmiş olarsınız.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir