Dar paltarlar orqanların sağlamlığına mənfi təsir edir, xüsusilə dar cins kimi sərt parçalar bu zərəri iki dəfə artırır.
“Gencaile.az” oxucuları dar paltarların bədənə verdiyi zərərlərlə tanış edir.
Qan dövranına mane olur
Beli və ayaqları çox sıxan paltarlar qan dövranına birbaşa mane olur. Odur ki, qan dövranını təmin etmək üçün ürək daha çox fəaliyyətdə göstərməli olur. Ayaqlar üçün qan dövranı çox əhəmiyyətlidir, çünki normal qan dövranı onların şişməsinin qarşısını alır.
Qan dövranının zəifləməsi sağlamlığınız üçün təhlükəlidir. Bu zaman insan özünü bütün gün yorğun və əzgin hiss edir.
Sellülitlərinizi çoxaldır
Sellülit qadınların ən böyük kabusudur. Dar paltarlar isə sellülit əmələ gəlməsinə meyilli olan dərilərdə sellülitlərin dərinləşməsinə və yayılmasına səbəb olur.
Qocaldır
Dar paltarlar hüceyrə oksidləşməsinə səbəb olur və orqanizmi qocaldır. Dar paltarlardan dolayı ağciyərlər və nəfəs borusundakı təzyiq düzgün nəfəs almağa mane olur. Döş qəfəsi qaz mübadiləsini lazımi şəkildə təmin etmədikdə, hüceyrələrin oksidləşməsi sürətlənir. Bu da tez qocalmağa səbəb ola bilər.
Kürək ağrısına səbəb olur
Dar cins şalvar və ya sərt parçalı hər hansı paltar budları sıxır və bu zaman bədənin ağırlığını daşımaqda çətinlik çəkir. Qol və ayaqlar rahat hərəkət edə bilmədikdə gecələr kürəkdə kəskin ağrılar hiss edilir.
Vagina göbələyi
Geyimlərin orqanizmə çox yaxın olması temperaturu və rütubət nisbətini artırır. Dar geyimlər genital bölgədə göbələk və bakteriyaların əmələ gəlməsi üçün şərait yaradır. Bu, pis qoxu və ya maya infeksiyaları kimi problemlərə səbəb ola bilər.
Köklük
Dar paltar bağırsaqlarınızı sıxır. Həmçinin mədənizə təzyiq göstərən paltarlar metabolizm sürətinin azalmasına səbəb olur. Metabolizm sürətini düşməsi isə sonralar köklüyə gətirib çıxaraq.